Accessibility links

Ukraynanın paytaxtında gərginlik davam edir [Fotoqalereya]


Hökumət əlehdarları ilə polis arasında uzun sürən toqquşmadan sonra hər iki tərəfdən onlarla insan yaralanıb. Hazırda Ukraynanın paytaxtında gərginlik davam edir.

Dəbilqə və qaz maskaları geyən fəallar sayca az olan ixtişaş polisinə daş və qaz bombaları atıb. Polis əvəzində nümayişçilərə soyuq su şırnağı ilə cavab verib.

Toqquşma bazar günü 100 mindən çox hökumət əlehdarının Kiyevdə nümayişləri məhdudlaşdıran yeni qanunlara etiraz etməsindən sonra başlayıb.

Müxalifət lideri Vitali Kliçko ictimayəti zorakılığı dayandırmağa çağırıb. Lakin üzünə yanğın söndürücü püskürüldükdən sonra Kliçko çıxışını yarımçıq saxlamalı olub.

Kliçko eyni zamanda prezident Viktor Yanukoviçi zorakılığa son qoymağa və erkən seçkilərin keçirilməsinə çağırıb.

Cənab Yanukoviç müxalifətin şikayətlərinə cavab vermək üçün xüsusi qrup təşkil edib. Hər iki tərəfin nümayəndələri bu gün görüş keçirməlidir.

Noyabr ayında prezident Yanukoviç xalqın iradəsinə zidd olaraq Avropa Birliyi ilə ticarət sazişini imzalamayandan sonra hökumət əleydarı nümayişçilər Kiyev və Ukraynanın digər şəhərlərinin küçələrində kütləvi etirazlara başlayıb.
XS
SM
MD
LG