Accessibility links

Ukrayna hava məkanının kommersiya uçuları üçün təhlükəsiz olduğunu deyir


Ukraynanın bildirdiyinə görə, ABŞ-ın Ukrayna sərhəddinə rus qoşunlarının toplanması xəbərdarlığından sonra 10-dan çox aviaşirkət bu ölkəyə uçuşları ləğv etdiyini bildirib. Lakin rəsmi Kyiv ölkənin hava dəhlizinin açıq olduğunu və Şərqi Avropa ölkəsinə uçuşların təhlükəsiz olduğunda təkid edir.

"Bir çox aviaşirkətin uçuşların ləğvi barədə qərarı təhlükəsizlikdə baş verən real dəyişikliklərlə səbəbindən deyil, hazırki vəziyyətlə əlaqəli informasiya axını ilə əlaqədardır" - deyə, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov jurnalistlərə açıqlamasında bildirib. Lakin o, brifinq zamanı aviaşirkətlərin adını çəkməyib və bildirib ki, “dövlət ləğv edilmiş uçuşların dəyişdirilməsi üzərində işləyir”.

Skandinaviya aviaşirkəti olan SAS həftəlik uçuşları dayandırıb. Air France isə "ehtiyat tədbiri" olaraq çərşənbə axşamı Paris və Kyiv arasında uçuşları ləğv etmək qərarına gəldiyini bildirib.

Uçuşları dayandıran şirkətlər arasında Almaniyanın Lufthansa və KLM hava yolları da var.

Kubrakov bildirib ki, Ukrayna Beynəlxalq Hava Yolları (UIA) artıq bilet satışına başlayıb və Lufthansa şirkətinin həyata keçirə bilmədiyi Kyiv-Münhen və Cenevrə istiqamətlərində əlavə reyslər açaraq təyyarələrin tutumunu artırıb.

Uçuşlar Ukraynanın iki aviaşirkətinin Rusiyanın Ukrayna ilə sərhəddə nəhəng hərbi qüvvə toplaması səbəbindən bəzi uçuşların sığortası ilə bağlı problemlərin olması barədə açıqlamasından sonra ləğv edilib.

Lakin Londonda yerləşən Hive Aero sığorta şirkəti hələ də "bölgəyə uçan bir çox aviaşirkəti dəstəkləməyə davam etdiyini" bildirib.

XS
SM
MD
LG