Accessibility links

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya hücumundan sonra mümkün müharibə cinayətlərini araşdıra bilər


Kyiv şəhərində raketin yaşayış binasına düşməsindən sonrakı vəziyyət. 25 fevral 2022-ci il

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan cümə günü Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən narahatlığını ifadə edib. O bildirib ki, məhkəmə Ukraynada mümkün hərbi cinayətləri araşdıra bilər.

“Ukraynada və onun ətrafında baş verən son hadisələri artan narahatlıqla yaxından izləyirəm” - deyə, Xan açıqladığı bəyanatda bildirib.

“Ukrayna ərazisində hərbi əməliyyatlar aparan bütün tərəflərə xatırladıram ki, mənim ofisim öz yurisdiksiyasından istifadə edə və Ukrayna daxilində törədilən hər hansı soyqırım, insanlığa qarşı cinayət və ya müharibə cinayətini araşdıra bilər” - deyə o əlavə edib.

Ukrayna hələ 2014-cü ilin martında Rusiyanın Krımı ilhaq etməsi və ölkənin şərqində rusiyayönlü qüvvələrlə hökumət qüvvələri arasında gedən döyüşlərdən sonra ölkə ərazisində insanlığa qarşı cinayətlər və müharibə cinayətləri ilə bağlı BCM-nin yurisdiksiyasını qəbul edib.

2020-ci ilin dekabrında prokurorluq ofisi Ukraynanın şərqində münaqişə zamanı hərbi cinayətlərin və digər cinayətlərin törədildiyinə inanmağa əsaslarının olduğunu açıqlamışdı.

İbtidai istintaq bağlanıb, lakin hələ də tam istintaqa başlamaq üçün hakimlərə rəsmi müraciət daxil olmayıb. Ötən ilin dekabr ayında Kərim Xan ekspertizanın gedişi ilə bağlı ona sual verildikdə işlə bağlı heç bir yeniləmə olmadığını bildirmişdi.

Rusiya Beynəlxalq Cinayət Məhkəməsiə üzv deyil və bu məhkəmə tərəfindən işə qarşı çıxıb.

Bununla belə məhkəmə Ukrayna ərazisində törədilmiş hərbi cinayətləri və insanlığa qarşı cinayətləri iddia edilən şəxslərin milli mənsubiyyətindən asılı olmayaraq araşdıra bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG