Accessibility links

Ukrayna əsgərlərindən birinin başının kəsildiyini əks etdirən video ilə bağlı araşdırmaya başlayıb


Çərşənbə günü Ukrayna rəsmiləri sosial şəbəkələrdə guya əsgərlərindən birinin başının kəsildiyini əks etdirən video ilə bağlı araşdırmaya başlayıb.

Xəbər agentlikləri videonun həqiqiliyini hələ yoxlaya bilməyib. Lakin
Ukrayna prezidenti Volodimir Zelenski video-müraciətdə "Dünyada heç kimin biganə qala bilməyəcəyi bir şey var: bu heyvanlar nə qədər asanlıqla adam öldürür" deyib.

Zelenski videonun "ukraynalı əsirin edamını" əks etdirdiyini və "hər kəs reaksiya verməlidir. Unudulacağını gözləməyin" deyib.

Videoda yaşıl rəngdəki geyimində adətən ukraynalı döyüşçülərin taxdığı sarı qollu sarğı olan bir kişi görünür. Komuflyajlı başqa şəxsin onun başını bıçaqla kəsdiyi zaman qışqırtı səsləri eşidilir. Komuflyajlı şəxs başqa birisi ilə rusca danışır.

Ukraynanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk araşdırmaya başlandığını bildirib. Rəsmilər günahkarların və zərərçəkənin şəxsiyyətinin müəyyən edilməsi üçün video üzərində işləyir.

Kremlin sözçüsü Dmitri Peskov bu görüntüləri "dəhşətli" adlandırıb, lakin onun həqiqiliyinin yoxlanılmasına ehtiyac olduğunu deyib.

Ukraynanın insan haqları üzrə komissarı Dmitri Lubinets BMT-nin İnsan Haqları Komitəsinin araşdırmasını tələb edəcəyini bildirib.

Lubinets Telegram-da "əsiri açıq şəkildə edam etmək Cenevrə Konvensiyasının normalarının, beynəlxalq humanitar hüququn, fundamental yaşamaq hüququnun pozulmasının daha bir göstəricisidir" yazıb.

Ukrayna artıq 14-cü aydır ki, Rusiyanı işğalı zamanı müharibə cinayətləri törətməkdə və mülki əhalini hədəf almaqda dəfələrlə ittiham edib. Moskva isə yalnız hərbi obyektləri, elektrik və su infrastrukturunu hədəf aldığını deyib.

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putini Ukraynadan uşaqların oğurlanması kimi hərbi cinayətlərdə ittiham edərək, həbsinə order verib.

XS
SM
MD
LG