Accessibility links

Ukrayna baş naziri Rusiya ilə yeni razılığın ölkəyə böyük yardımı olacağını deyir


Ukraynanın baş naziri Mikola Azarov Rusiya ilə yeni razılığın onun ölkəsində iqtisadi durumu canlandıracağını və ölkənin dağılmasının qarşısını alacağını deyib. Buna baxmayaraq paytaxt Kiyevdə və digər şəhərlərdə hökumət əleyhinə nümayişlər davam etməkdədir.

Rusiya prezidenti Vladimir Putin Ukraynaya ixrac edilən təbii qazın qiymətinin 30% faiz azaldılacağını və 15 milyard dollar maliyyə yardımı veriləcəyini vəd edib.

Ukraynanın müxalifət lideri Vitali Kliçko dünən bu xəbəri skeptizimlə qarşılayaraq, tərəfdarlarına cənab Yanukoviçin Ukraynanın milli maraqlarını, müstəqilliyini və hər bir ukraynalının gələcək firavan həyatını Rusiyaya təhvil verdiyini deyib.
XS
SM
MD
LG