Accessibility links

Odessada yüzlərlə separatist polis idarəsinə hücum edib


Ukrayna rusiyapərəst separatistlərə qarşı hərbi əməliyyatların davam etdiriləcəyini bildirib. Ukraynanın xarici işlər naziri Arsen Avakov deyib ki, qüvvələr Slovyanskdan 17 km-lik məsafədə yerləşən Kramatorsk şəhərində yerli televiziya və radio şirkətlərinin nəzarətini geri alıb.

Ukraynın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andriy Parubiy anti-terror əməliyyatlarının təkcə Slovyansk və Kramatorskda deyil, daha geniş sahəni əhatə edəcəyini deyib.

Kremlin sözçüsü Dmitri Peskov Ruisya prezidenti Vladimir Putinin əməliyyatlara necə cavab verəcəyinə qərar vermədiyini bildirib.

Ukraynanın cənub Odessa şəhərində qarşıdurmlar nəticəsində 42 adam həlak olub.

Polisin bildirdiyinə görə, qarşıdurmalar rusiyapərəst separatistlər və Ukraynanın birliyini müdafiə edənlər arasında baş verib.

Odessada cümə günü ikigünlük matəm elan edilib.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Odessada 42 nəfərin ölümü ilə nəticələnən yanğın da daxil edilməklə, Ukraynanı məhv etməyə çalışdığını deyib.

Bu gün Odessaya səfər edən baş nazir Moskvanı Kiyev hökumətinə qarşı yaxşı planlaşdırılmış təhrikçilik kampaniyası aparmaqda günahlandırıb.

Bu arada, Odessada yüzlərlə separatist polis idarəsinə hücum edərək, 2 gün əvvəl nəzarət altına alınan 150 adamdan 60-nı azad edib.

Həmkarlar İttifaqının binasında baş verən yanğın zamanı 50 adam xəsarət alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG