Accessibility links

Ukrayna müstəqil pravoslav kilsəsini təsis edəcək


Ukrayna prezidenti Petro Poroşenko

Ukraynanın Pravoslav keşişləri Kiyevin Müqəddəs Sofiya Kafedralında sinod, yəni iclas keçirərək Rusiya ilə heç bir əlaqəsi olmayan yeni milli kilsənin təsisini müzakirə ediblər.

Şənbə günü keçirilən ruhanilərin yığıncağı Konstantinopol Ortodoks Kilsəsinin Ukraynanın Pravoslav Kilsəsini Moskva Patriarxatından çıxarmaq qərarından sonraya təsadüf edib.

Bu qərar Rusiya kilsəsini qəzəbləndirib və onlar Konstantinopol ilə bütün əlaqələri kəsib.

Ukrayna ilə Rusiya arasında münasibətlər 2014-cü ildə Kiyevdə Qərb-tərəfdarı iğtişaşlardan sonra Rusiyanın Krımı ilhaq etməsi nəticəsində gərginləşib.

Ukrayna prezidenti Petro Poroşenkonun şənbə günü Ukraynanın Kiyev Patriarxatının Pravoslav Kilsəsinin ilə Ukraynanın Avtokefal Pravoslav Kilsəsi nümayəndələri arasında keçirilən görüşdə iştirak edəcəyi gözlənilir. Kilsənin Moskvaya sadiq qolu bildirib ki, sinodda iştirak etməyəcək və Kremlin maşası olmağı rədd edir.

Görüşdən öncə Rusiyanın patriarxı Kiril Papa Fransis, Bİrləşmiş Millətlər Təşkilatı və dini və dünya liderlərini dindarlar və ruhaniləri “təqiblərdən” qorumağa çağırıb.

XS
SM
MD
LG