Accessibility links

Rusiya mediası Buçadakı qətllərlə bağlı foto və videoların saxta olduğunu iddia edir


Kyiv yaxınlığındakı Buçadan dəhşətli videolar və cəsədlərin fotoları nümayiş etdiriləndə Kremlin dəstəklədiyi media bütün bunların mükəmməl hazırlanmış bir saxtakarlıq olduğunu deyir.

Xəbərlərin saxta olduğunu demək, çaşqınlıq yaratmaq və rəqiblərini sarsıtmaq üçün yalan xəbərlər yaymaq Moskvanın illərdir istifadə etdiyi və sosial medianı Suriya kimi yerlərdə təkmilləşdirdiyi taktikadır.

Çərşənbə axşamı müxbirlər və Rusiyanın dövlət televiziya kanallarının aparıcıları milyonlarla tamaşaçıya qətllərlə bağlı bəzi foto və videoların saxta olduğunu, qan tökülməsinə görə ukraynalıların məsuliyyət daşıdığını bildirib.

Bazar ertəsi "Rossiya-1" telekanalının axşam yayımladığı xəbərdə "Ukraynanın nümayış etdirdiyi ilk kadrlar arasında ruhsuz bədənin qəfildən əlini necə tərpətdiyini görmək olar" deyilib.

Lakin martın əvvəlindən çəkilmiş peyk görüntüləri ölülərin həftələrlə Buça küçələrində qaldığını göstərib. Aprelin 2-də ukraynalı bir vəkil avtomobildən çəkdiyi Buçanın Yablonska küçəsinə səpələnmiş cəsədləri göstərən video internetdə yerləşdirilib.

Associated Press Maxar Technology-nin yüksək dəqiqli satellit görüntülərini müstəqil şəkildə cəsədlərin olduğu bölgə ilə müqayisə edib.

Digər qərb mediası da oxşar xəbərlər yayıb.

Həftə sonu Associated Press-in jurnalistləri Buçada onlarla insanın cəsədini görüb. Onların çoxuna yaxın məsafədən atəş açılıb, bəziləri isə əlləri arxada bağlı olub.

Sakinlərin dediyinə görə, keçən həftə geri çəkilməzdən əvvəl Rusiya qoşunlarının baza kimi istifadə etdiyi deyilən binanın içərisində və ətrafında azı 13 cəsəd aşkar edilib.

Bütün bunlara baxmayaraq, Rusiya rəsmiləri və dövlət mediası qəzetlərdə, radio və televiziyada öz hekayələrini təbliğ etməyə davam edir. Kremlyönlü məşhur “Komsomolskaya Pravda” qəzetinin internet saytındakı əsas xəbərində Ukraynadakı kütləvi qətllərin, “Buçadakı soyqırımın” Ukrayna qüvvələri tərəfindən həyata keçirildiyinə dair ”daha bir təkzibedilməz sübut” olduğu yazılıb.

Çərşənbə axşamı dövlət xəbər agentliyi RİA Novosti-nin “İctimai rəy” köşəsində dərc olunan Buça qətliamının Qərbin Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək hiyləsi olduğu ehtimal edilib.

Analitiklərin dediyinə görə, Ukraynaya altı həftədir davam edən təcavüzü zamanı Kreml belə bir informasiya müharibəsi strategiyasından bütün dünya boyu koordinasiyalı kampaniyada hər hansı qanunsuzluğu inkar etmək və dezinformasiya yaymaq üçün istifadə edir.

Rusiyanın ondan çox rəsmi Twitter və Telegram hesabları, eləcə də dövlət tərəfindən dəstəklənən Facebook səhifələri Kremlin dediklərini - ölülərin şəkillərinin və videolarının səhnələşdirildiyi və ya saxta olduğunu təkrarlayıb. İddialar ingilis, ispan və ərəb dillərində Rusiya rəsmiləri tərəfindən idarə olunan hesablarda və ya Rusiya tərəfindən dəstəklənən Sputnik və RT xəbər agentliklərindən edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG