Accessibility links

Prezident Poroşenkonun hakimiyyətdə birinci ili [Video]


Prezident Poroşenkonun hakimiyyətdə birinci ili
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Politoloq Oleksey Haran deyir ki, prezident Petro Poroşenko Avropaya doğru düzgün addımlar atır.

Oleksey Haran: "O, çox şey etdi. Ancaq problemlər və islahatların sürətinə baxanda problemlər çox, islahatların tempi isə yetərli deyil."

Prezidentliyinin ilk ilində Ukrayna qüvvələri və rusiyapərəst separatçılar arasında gedən döyüşlər zamanı 6000-dən çox insan həlak oldu.

Ukrayna iqtisadiyyatının böhrana girməməsinə və böyük sənayələrə nəzarət edən biznesmenlərin və oliqarxların təsiri altına düşməməsinə çalışır.

“Bütün çətinliklərə baxmayaraq, xalqın bununla mübarizə apardığı görünür,” deyə Kiyevli sahibkar bildirir.

Petro: “Allaha şükür biz xilas olduq və hələ də güclüyük. Rusiya təcavüzkarlarına qarşı mübarizə aparırıq. Buna görə təşəkkür sadə ukraynalılara düşür, məmurlara yox.”

Ancaq cənab Poroşenko prezidentliyə çətin zamanda gəldi deyə hüquqşünas İrina bildirir. Ukraynalılar islahatların sürətlə getməsini istəyir.

İrina: "Bizim məmurlar fikirlərini öz bizneslərinin inkişafı ətrafında cəmləşdirməməlidirlər. Onlar daha çox xalqın qayğısına qalmaq, iş yerlərin açılmasına, qida və digər malların qiymətlərinin qalxmamasına diqqət ayırmalıdırlar."

İslahatların hiss edilməsi vaxt alır, deyə prezident sözcüsü Rostislav Pavlenko bildirir.

Rostislav Pavlenko: "Gələn il insanlar yaxşı istiqamətdə dəyişikliyi hiss edəcəklər. Bunlara misal olaraq, ədliyyədə islahatlar, korrupsiyaya qarşı mübarizə, iqtisadi islahatların şahidi olacaqlar. Daha çox ədalət və iqtisadi bərpa müşahidə olunacaq."

İqtisadi inkişaf ölkənin şərqində üsyançılara qalib gəlmək üçün digər bir amildir. Həmin yerlərdə ərzaq qıtlığı və qiymətlərin yüksəldiyi deyilir.

Rusiyaya meyllilərin qəlblərinə yol tapmaq,həmçinin ölkədə sülhə nail olmaq mənasına gəlir. Cənab Proşenko Avropa standartlarının ölkənin firavanlığı üçün əsas amil olduğunu göstərə bilsə, şərqdə daha az insan öz gələcəyini Rusiyaya bağlamaq istəyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG