Accessibility links

Yeni Zelandiya Ukrayna ordusuna əlavə 3,46 milyon dollar xərcləməyi planlaşdırır


Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern

Yeni Zelandiya Rusiya ilə döyüşlərə yardım üçün Ukrayna qüvvələrinə 3,46 milyon dollar xərcləməyi planlaşdırdığını bildirib.

Vellinqton hökumətinin bildirdiyinə görə, əlavə pul əsasən yanacaq, ərzaq, rabitə avadanlığı və ilk yardım dəstləri ilə təmin edən NATO Etimad Fonduna veriləcək.

Yeni Zelandiya zirehli gödəkcələr də daxil olmaqla, Ukraynanı taktiki avadanlıqla da təmin edəcək.

Bu öldürücü olmayan yardım çox güman ki, Yeni Zelandiya müdafiə qüvvələrinin təyyarələri ilə çatdırılacaq və Avstraliya ordusunu da cəlb edə bilər.

Baş nazir Jasinda Ardern bazar ertəsi ölkəsinin yardıma hazır olduğunu deyib.

Ardern “Bu gün hökumət, həmçinin Ukrayna silahlı qüvvələrini zireh, dəbilqə və jilet kimi taktiki müdafiə ləvazimatları ilə dəstəkləməyə qərar verib” - deyə, bildirib.

“Bugünkü məlumat yeni qüvvəyə minmiş Rusiya Sanksiyaları Aktı ilə tətbiq etdiyimiz iqtisadi sanksiyalara, eləcə də bundan əvvəl verdiyimiz humanitar yardım olan 6 milyon Yeni Zelandiya dollarına əlavə olunur və ümumi töhfəmizi 11 milyon NZ dollara çatdırır. Dünyanın hər yerindən tətbiq edilən sanksiyalar öz təsirini göstərir və buna görə də Yeni Zelandiya bu müharibəyə qarşı olan tərəfdaşlarına dəstək verir” - deyə, Ardern bildirib.

Yeni Zelandiya hökuməti Ukrayna qüvvələrinə öldürücü təchizatla yardım çatdırmaq barədə qərar verməyib. Lakin o, bir sıra rusiyalı siyasətçi və hərbçiyə qarşı maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edib. Yeni qərar Yeni Zelandiyaya Rusiya ilə əlaqəli şəxslərin aktivlərini dondurmağa imkan verir.

Baş nazir Ardern Yeni Zelandiyanın Rusiya tərəfindən cavab sanksiyaları ilə üzləşməsinin təəccüblü olmayacağını deyib.


Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG