Rusiyapərəst separatçıların Ukraynanın şərqindəki Kramatorsk şəhəri yaxınlığında döyüş zamanı yeddi ukraynalı əsgəri öldürdükdən bir gün sonra Ukrayna "Milli Birlik" adı altında danışıqlara ev sahibliyi edir.
Danışıqlar Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının planının bir hissəsi olaraq keçirilir.
Separatçı üsyançıların Ukraynanın baş naziri Arseni Yatsenyuk, qanunvericilər və regional rəsmilərin də iştirakı ilə keçirilən bu danışıqlarda iştirakı nəzərdə tutulmayıb.
Almaniyanın xarici işlər naziri Frank Uolter Ştaynmeyer Ukraynanın liman şəhəri olan Odessada keçirilən danışıqlarda vasitəçilik edib.
Bu arada, Ukrayna parlament üzvləri Kramatorsk şəhəri yaxınlığında Donetsk regionunda hücuma məruz qalaraq öldürülən əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla anıb.
Hücum ötən ay hərbi əməliyyatlar başlanandan bəri ən çox insan ölümülə nəticələnən hücum hesab edilir.