Accessibility links

Ukraynanın şərqindəki 11 üsyançı liderə qarşı sanksiyalar tətbiq edilib


Avropa İttifaqı Aleksandr Boroday da daxil edilməklə, Ukraynanın şərqindəki 11 üsyançı liderə qarşı sanksiyalar tətbiq edib.

Rusiya vətəndaşı olan Boroday özünü Donetsk regionunun baş naziri elan edib.

Avropa İttifaqı Ukrayna böhranında əli olan digər fərdlər və şirkətlərə qarşı da sanksiyaların təbiqinə dair qərar verib.

Eyni zamanda Donetskin Maryinka rayonunda artilleriya hücumu nəticəsində 4 mülki vətəndaş həlak olub, bir neçə yaşayış binasına zərər dəyib

Hücumun kim tərəfindən edildiyi bəlli deyil. Lakin separatistlərin yaxınlıqdakı bazadan Ukrayna qüvvələrini hədəf aldığı təxmin edilir.

Amnesty International Ukraynanın şərqində zorakılıqlar və ingəncələrə əl atıldığını və bunlara görə rusiyapərəst separatistlərin məsuliyyət daşıdığını bildirib.

Təşkilat hökumət qüvvələrinin də təzyiqlərə əl atdığına dair az da olsa dəlillər əldə edildiyini bəyan edib.

Cümə günü Ukraynanın Müdafiə Nazirliyi separatistlərin Luqansk regionunun Zelenopillya kəndinə raket hücumu nəticəsində hökumətin 19 hərbi qulluqçusunun həlak olduğunu bildirir.

Ukraynanın daxili işlər naziri Arseni Avakovun müşaviri Zoryan Şkıryak müxbirlərə bildirib ki, Grad raketlərinin hücumu nəticəsində 93 adam yaralanıb.

Ukrayna prezidenti Petro Poroşenko hücumun məsuliyyətini daşıyanların ələ keçirilib, məhv ediləcəyini, onların yüzlərlə itki verəcəyini deyib.

İyun ayının sonunda başa çatan atəşkəsdən 10 gün sonra hökumət qüvvələri ilə separatistlər arasında döyüşlər səngimək bilmir.

Ötən həftə Ukrayna qüvvələri Slavyansk da daxil edilməklə, bir neçə şəhərin nəzarətini geri alıb. Dünən isə Luqanskın sərhəd Siversk məntəqəsi geri qaytarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG