İyunun 11-dən Ukrayna Avropa Birliyinə rəsmən vizasız gediş-gəlişə başlayıb. Ölkə prezidenti bunu Rusiya İmperiyasına “son əlvida” adlandırıb.
Ukrayna sərhədçiləri sərnişinlərin sayında 30 faizlik artım gözlədiklərini bildiriblər.
Biometrik pasportları olan Ukrayna vətəndaşları İrlandiya və Böyük Britaniyadan başqa AB-nin bütün üzvlərinə vizasız səyahət edə, 180 gün ərzində 90 günədək qala biləcəklər.
Bu qayda həmçinin AB-də olmayan dörd Şengen ölkəsinə də aiddir: Norveç, İslandiya, Lixtenşteyn və İsveçrəyə.
Ukrayna prezidenti iyunun 10-da inandığını bildirib ki, Ukrayna həm NATO-nun, həm də AB-nin üzvünə çevriləcək.
“Heç vaxt Sovet İttifaqına qayıtmayacağıq, çünki biz, qürurlu və azad demokratik ölkə olaraq Avropa ölkələri ailəsinə qayıdırıq”, – o söyləyib.