Accessibility links

Ukrayna parlamenti Qərb tərəfdarı yeni hökuməti təsdiq edib


Ukrayna parlamenti Qərb yönümlü yeni hökuməti təsdiq edib. Kiyev hökuməti böhran yaşayan iqtisadiyyatın dirçəldilməsi və Rusiya sərhədi yaxınlığında separatçıların hücumlarının dayandırılmasına çalışır.

Baş nazir Arseni Yatsenyukun yeni kabineti hökumət qüvvələri və rusiyapərəst üsyançılar arasında Ukraynanın şərqinə nəzarət uğrunda səkkiz ay davam edən döyüşlərdən sonra atəşkəsə dair daha bir razılıq əldə edildiyi vaxt formalaşdırılıb.

Yeni kabinetin nazirləri arasında prezidentin sərəncamı ilə Ukrayna vətəndaşlığı verilmiş bir neçə xarici vətəndaş də var. Buraya ABŞ-ın keçmiş diplomatı, Ukrayna mənşəli amerikalı Natali Caresko daxildir. O, maliyə naziri vəzifəsini icra edəcək.

Yeni hökumət keçən il Kiyevdə nümayişlərdən sonra hakimiyyətdən devrilmiş Viktor Yanukoviç dövründə kök salmış korrupsiyanı aradan qaldırmağa söz verib.

XS
SM
MD
LG