Accessibility links

Vaşinqton mühacir fotoqrafın gözü ilə [Video]


Vaşinqton mühacir fotoqrafın gözü ilə
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Vaşinqton mühacir fotoqrafın gözü ilə

Virciniyanın Aleksandriya şəhərində saatlarla gəzərək, maraqlı mənzərə axtarmaq kiyevli fotoqraf Val Prodki üçün adi haldır. Hər an çəkilişə hazır olan kamerası ilə o, qeyri-adi kadr axtarışındadır.

20 il öncə Ukraynadan köçdüyü gündən bəri Prodki Vaşinqton və onun ətrafındakı həyatı sənədləşdirir.

“Bura Vaşinqtondur. Müstəgillik günü… Bu isə digəridir…”

Prodkinin kolleksiyasında Ağ Evin və Linkoln Memorialının fotoları var və onun fikrincə bu binalar daha böyük məna verir.

“Bu iş çoxlarının düşündüyü kimi darıxdırıcı deyil. Burada hər bir zövqə uyğun müxtəlif maraqlı məhəllələr var.”

Belə məhəllələrin biri Vaşinqtonun şərqində, Kapitol binasının yaxınlığındadır. Prodkinin həmin məhəllədən çəkdiyi fotosu hətta yerli foto müsabiqə qalibi olub.

“Yağışlı bir şənbə günü idi. Heç kim işləyə bilmirdi, çünki ora küçədə yerləşən satış mərkəzi idi. Mən isə kameramla gəzirdim. Saksafonda ifa edən bu kişi, həmin məhəllənin tanınan simasıdır. Bunu görənlər, elə düşünürlər ki, foto Yeni Orleanda çəkilib. Yağış və musiqi bu cür təəsürat verir.”

Prodki Vaşinqtonun ən məşhur mərasimlərindən də qeyri-adi kadrlar tapa bilir. Məsələn, hər il keçirilən albalı çiçəyi festivalı.

“Həmin mərasimlərdə kameraların sayı, albalıdan daha çoxdur. Yaxşı şəkil çəkmək üçün çoxlu imkan olur. Amma, fərqli bir foto çəkmək üçün, sən bir qədər dayanıb, ətrafda nə baş verdiyinə baxmalısan. Məsələn gördüyünüz bu fotoda turist krişnaitlərin gəzməyini görürsünüz. Açıq səmanın fonunda rəngləri görmək və onu aşağı bucaqdan çəkmək çox qeyri-adi bir nəticə verir.”

Amerika demokratiyasının mərkəzində yaşayıb siyasətdən kənar qalmaq mümkün deyil. Donald Trampın qələbəsi, onun inauqurasiyası və etirazlar fotoqrafın obyektivindən kənar qala bilməz.

Prodki özünün ən məşhur siyasi fotosunu 8 il öncə, Barak Obamanın prezidentliyinin başlanğıcında çəkmişdi.

“Burada Makkeyn və Obama yanyanadır. Sonra isə sən Obamaya baxan uşaq və Makkeynə baxan yaşlı qara kişinin görürsən. Bu özü özlüyündə maraqlı bir hekayədir. Gənc nəsil Obamanı seçir… Mənim Ağ Evdə çalışmış dostlarım var. Onlar bu fotonu Obamaya göndərmişdilər. Prezident də fotonu mənim üçün imzalamışdı”

Prodkinin dediyinə görə, mühacir olmaq ətrafdakılara fərqli baxmaq, amerikalıların fikir vermədyi məqamları görmək imkanı verir.

“Mən hər zaman özümü ukraynalı hiss etmişəm. Mən geriyə dönsəm, iki gün ərzində sanki Ukraynanı tərk etmədiyim kimi hiss edirəm. Amma, Ukraynadan Amerikaya qayıdanda, elə hiss edirəm ki, bütün ömrümü burada keçirmişəm. Bu çox maraqlı hissdir. Bir birindən fərqli iki məkan, amma hər ikisinə bağlı olmaq."

XS
SM
MD
LG