Accessibility links

Ümumdünya immunizasiya həftəsi [Video]


Ümumdünya immunizasiya həftəsi
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Ümumdünya immunizasiya həftəsi

Bu il dünya boyu uşaq və böyükləri həyat-qurtaran vaksinlərlə təmin etmək üçün nəzərdə tutulan beynəlxaq kampaniyanın birinci yarısının başa vurulması qeyd olunur.

Məqsəd 2020-ci ilədədək milyonlarla insanın vaksinlə qarşısı alına bilən xəstəliklərə yoluxmamalarını və uşaqlardan tutmuş yaşlılara qədər bütün yaş qruplarına aid insanları vaksinlərə çıxışla təmin etməkdir.

İmmunizasiya və vaksinlər bizim sahib olduğumuz ən güclü icitmai səhiyyə vasitələridir
Flavia Bustreo

Ümumdünya Səhiyyə Təşkilatı bütün insanların vaksinlərin işlədiyi bilmələrini istəyir.

“İmmunizasiya və vaksinlər bizim sahib olduğumuz ən güclü icitmai səhiyyə vasitələridir,” deyə Dr. Bustreo bildirir.

Dr. Flavia Bustreo deyir ki, 25 il öncə 13 milyon uşaq dünyasını vaksinlərlə qarşısı alına bilən xəstəliklər səbəbilə dəyişirdi.

İndi bu rəqəm altı milyona düşsə də, yenə də çox yüksəkdir.

Hazırda uşaqların 85 faizi qızılca və digər ölümcül xəsətəliklərə qarşı peyvənd olunur. Bu rəqəm isə artmalıdır.

Altı il öncə 194 ölkə bu göstəriciləri artırmaq və uşaq iflicinə son qoymaq üçün Vaksinlər üzrə Qlobal Fəaliyyət Planını imzalayıb.

Hazırda isə bütün uşaqlara uşaq iflicinə qarşı vaksin vurmaqla bağlı xüsusi aktuallıq mövcuddur. Bir çox ölkədə bu, artıq keçmişin xəstəliyi sayılır.

Uşaq iflici iki münaqişə zonasında mövcuddur: şimali Nigeriya və Pakistanla Əfqanıstan sərhdində. Ötən il 37 uşaq iflici halı olub. Müqayisədə isə 1988-ci ildə, yəni xəstəliyin qarşısının alınması kampaniyası başladığında 350 min hal olub.

“Xəstəliyin aradan qaldırılmasının ən son mərhələsi hər zaman ən çətin mərhələdir. Əgər bu mərhələni müvəffəqiyyətlə başa vurmasan, ondan öncə etdiklərinin əhəmiyyəti itir. Bunun üçün isə bacardığın qədər enerji və fədarkarlıq sərf etməlisən və bunun özü də xüsusi səy tələb edir”, deyə BMT-nin xüsusi elçisi David Nabarro bildirir.

BMT planı bütün vaksinlə qarşısı alına bilən xəstəliklərin nəzarət olunmasına habelə 2020-ci ilədək başqa xəstəliklər üçün də yeni vaksinlərin inkişafına çağırır.

XS
SM
MD
LG