Accessibility links

Ursula Riks: `Bluzu sevməyən insan ölü ruhludur` [Video]


Ursula Riks: `Bluzu sevməyən insan ölü ruhludur`
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Baltomorda doğulan, Texasda boya-başa çatan Ursula Riksin musiqisi sizi “Soul və Neo-Blues” restoranına aparır. Müğənninin “Ursula Riks Layihəsi” Baltimor və Vaşinqton mahalının ən yaxşı müsiqiçiləri tərəfindən bəyənilib. “Mənim adım Ursula Riksdir. Mən əslən Merelend ştatının Baltimor şəhərindənəm. Mən soul, fank və bluz janrlarında ifa edirəm. Mən bu işlə 35 ilə yaxındır məşğul oluram. Mən Baltimorda doğulsam da Texasda böyümüşəm. Beləliklə, mənim irqçilik məsələsinə baxışım ikilidir. Mənim anam, nənəm, xalalarım fəal olub. Ona görə də məndə elə fikir yaranıb ki, hökumətdə nə isə düzgün olmayanda, etiraz etməlisən və həmin hökumətə səs verməyəcəyini göstərməlisən” deyə, Ursula Riks bildirir.

Ursula Riks: “Mənim musiqimə elektik, yəni ayri-seçkiliyə öz münasibəti olan insanlar qulaq asır. Mən ictimai fəalam. Mən öz müsiqimdə Amerikadakı qaradərililərin olduğu kimi, öz həyatımdan bəhs edirəm. Mənim mahnılarım məni düyğulandırər və düşünürəm ki, digərlərinə də təsir edir. Bluz emosional musiqidir. Əgər kimsə bluzu sevmədiyini deyirsə, həmin şəxs ölü ruhludur. Əgər siz bluzu sevmirsinizsə, siz öz insanlığınızdan uzaqsınız. Hər şeydən öncə, bluz siyasi musiqidir. Bu musiqi insanları irəliyə, daha yaxşı həyata aparır. Biz böyüyür, genişlənir və dəyişirik. Biz yeni nəsillərə onların istədiyi dünyanı verməyə borcluyuq”.

XS
SM
MD
LG