Accessibility links

Əfqanıstan prezidenti ilə Obama administrasiyası arasında soyuq münasibət davam edir [Təhlil]


ABŞ-ın Əfqanıstandakı ordusu Əfqanıstan hökumətinin Bəqram həbsxanasındakı 37 məhbusu azad etmək tələbini rədd edərək, onların təhlükəli olduqlarını deyir.

Əfqanıstan hökumətinin xüsusi Review Board – Nəzarət Şurası (ARB) bu yaxınlarda əfqanların idarə etdiyi ABŞ-ın Kabildəki Baqram hərbi hava bazasında saxlanılan və Taliban döyüşçüsü olmaqda şübhələnilən 88 nəfərin işini nəzərdən keçirdiyini bəyan edib. Şura məhbuslardan 37-nin günahsızdır olduğunu, qalanların çoxuna qarşı isə kifayət qədər dəlil olmadığını deyib.

Birləşmiş Ştatlar ordusunun bildirdiyinə görə, Nəzarət Şurası 88 məhbusdan 37 nəfərinin azad edilməsini tələb edir. ABŞ rəsmilərinin bəyanatında azad edilməsi tələb olunan şəxslərin təhlükəli olduqları deyilir.

Amerika ordusunun Kabildəki sözçüsü, polkovnik-leytenent Yill Qriffin adları çəkilən şəxslərə qarşı güclü dəlillər olduğunu və iqtintaqın davam etdiyini deyib. “Nəzarət Şurası cəmiyyət içərisinə təhlükəli yaraqlıların, əllərində əfqanların qanı olanların azad edilməsini istəyir. 37 nəfərdən 17-si əldəqayırma partlayıcı qurğulardan istifadə etməkdə, 3-ü 22 nəfər Əfqanıstanın təhlükəsizlik işçisinin qətlində əli olmaqda, 4-ü 42 nəfər Amerika və koalisiya hərbiçisinin ölümündə ittiham edirlıir.”

Qriffin onu da əlavə edib ki, ABŞ keçən il Əfqanıstan hökuməti ilə imzaladığı razılığa əsasən müəmmalı ittihamlarla həbsdə olan 88 nəfərlə bağlı fikir mübadiləsi edilməsi və məhbusların Əfqanıstan məhkəmələrrinə çıxarılmadan azad edilməsini rədd edib.

Sözçü Birləşmiş Ştatların bu mübahisəli məsələdə hər bir məhbusa qarşı hücumlar, Amerika, koalisiya və əfqan əsgərlərinin qətlləri ilə bağlı güclü dəllilər təqdim etdiyini deyib.

Keçən həftə prezident Karzay ABŞ-ın onun hökumətinin Taliban üzvü olmaqda şübhəli bilinən yüzlərlə yaraqlını azad etməsi ilə bağlı ittihamlarını rədd edib. O, Bəqram məhbəsini “Talibanın istehsal fabriki” adlandırıb və oradakı günahsız əfqanların işgəncələrə məruz qaldığını deyib.

Az sayda ABŞ hərbi qüvvəsinin terrorizmə qarşı mübarizəni davam etdirmək üçün Əfqanıstanda qalmasına razı olmayan prezident Karzayla Obama administrasiyası arasında münasibətlər gərgindir.

​NATO-nun başçılıq etdiyi hərbi qüvvələr dekabr ayında Əfqanıstanı tərk etməlidir və Vaşinqton isə təhlükəsizlik sazişi imzalanmadan qüvvələri ölkədə saxlamaq və maliyyə fondları ayırmağın mümkün olmayacğını bildirir.
Karzay isə razılığı imzalamazdan əvvəl Birləşmiş Ştatların onun hökumətinə Talibanla açıq sülh danışıqlarına başlamasına imkan verməsini və mülki vətəndaşların evlərinə hərbi əməliyyatları dayandırmasını istəyir.
XS
SM
MD
LG