Accessibility links

Prezident Obama maliyyə sistemində yeni qaydaların tətbiqinə çağırır


Prezident Obama ABŞ-ın maliyyə sistemində islahatlarla bağlı Nyu Yorkda Uol Strit yaxınlığında açıqlamalar verib

ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlarda maliyyə sistemini idarə etmək üçün daha yaxşı qanunlar hazırlanmalıdır, yoxsa daha bir maliyyə böhranı baş verə bilər.

O bildirib ki, maliyyə böhranı nəticəsində milyonlarla iş yeri və trilyonlarla dollar itirilmiş, ölkənin hər yerində ailələrin və biznes şirkətlərinin ümidləri puç olmuşdur.

Prezident Obama bu gün Nyu Yorkda ölkənin ən mühüm maliyyə mərkəzi olan Uol Strit yaxınlığında danışıb. Cənab Obama maliyyə sektorunda icraçı direktorların Konqresdə lobbiçilik və islahatların qarşısını almaq səylərini dayandırmağa çağırıb. O bu islahatların Uol Stritlə yanaşı, adi insanlara da kömək edəcəyini demişdir.

XS
SM
MD
LG