Accessibility links

Amerikanın şərq ştatlarını don vurub, Floridaya da qar yağıb [Video]


Amerikada şaxtalı hava şəraiti davam edir, Floridaya da qar yağıb
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Birləşmiş Ştatların şərq ştatlarını don vurub və bu hava şəraitinin gələn həftəyədək davam edəcəyi gözlənilir. “Bomba siklonu” adlanan bu çovğuna temperaturun sürətlə düşməsi səbəb olub.

Nyu-York qubernatoru Endryu Kuomo cümə axşamı şaxtalı hava şəraitinə görə ştatın bir hissəsində fövqəladə vəziyyət elan edib. Corciya ştatında da çovğun səbəbindən minlərlə uçuş təxirə salınıb, Savanna şəhərinin dəmir yolunda qəza baş verib.

Nyu-Yorkun Times Square meydanı qar və buzdan təmizləndiyi vaxt, hələ də göz-gözü seçmirdi. “Bu nədir, belə? Çox çətindir işləmək, lakin biz bunu etməliyik. Bu bizim işimizdir” deyə, Maykl Vont bildirir.

Sakinlər də qonaqlar kimi havanın şaxtalı olmasına baxmayaraq, küçəyə çıxıb. Avstraliyadan qonaq İboni Şuqars: “Bu, yaxşı bir yenilikdir. Birlmirəm, mən belə havanı bir də istəyərəmmi. Mənim Avstraliyanın ilıq havası daha çox xoşuma gəlir. Lakin bunu da görmək yaxşıdır.”

Nyu-York qubernatoru Endryu Kuomo ştatda fövqəladə vəziyyət elan edərkən, sakinlərə mümkün qədər küçəyə çıxmamaq barədə xəbərdarlıq edib. “Mən bu gün səhər metropolitan ərazisinin küçələrinin çoxunda oldum və deyə bilərəm ki, hər tərəf çox təhlükəlidir. Baxmayaraq ki, biz nyu-yorklular yenilməzik, yenə də ehtiyatlı olmalıyıq.”

Şaxtalı hava Corciya ştatının Savanna şəhərinin dəmir yol stansiyasında 300-ə yaxın sərnişin olan qatarın yoldan çıxmasına səbəb olub. Mayamidən Nyu-Yorka gedən qatarda xəsarət alan olmasa da, qarı nadir hallarda görən ştatda avtomobil qəzaları çox olub. Savanna sakini Trey Delamar: “İnsanların belə yollarda avtomobil idarə etmək təcrübəsi yoxdur. Bizim duz və yolları təmizləyən maşınlarımız kifayət qədər deyil. Buna görə də vəziyyət bir az çətindir.”

Soyuq bölgələrdən gələn qonaqlar üçün buradakı hava şəraiti gözlənilməz olub. “Biz buraya, cənuba gözəl, isti havaya görə gəlmişik. Çikaqoda olduğu kimi buraya da qar yağıb və soyuqdur” deyə, Çikaqodan Floridaya gələn Cessika Rufus bildirir.

Floridanın yerli sakinlərı belə soyuq havaya alışmayıb. Evsiz sakinlər isə özlərinə sığınacaq axtarmalı olub. Bu şaxtalı havanın bazar ertəsinədək davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG