Accessibility links

Prezident Obama Konqresin mühacirət islahatları istəyini alqışlayıb


ABŞ prezidenti Barak Obama Konqresin ölkədəki 11 milyon qeyri-qanuni mühacirə dair qanunlar qəbul etmək istəyini alqışlayıb.

Nevada şatatında Las Veqasda danışan cənab Obama hər iki partiyadan olan senatorların verdiyi təkliflərin onun özünün mühacirətə dair prinsiplərinə əsaslanmış olduğunu deyib. Cənab Obama mühacirət islahatlarının vaxtının gəlib çatdığını bildirib.

Senatorların təqdim etdiyi planda qanunsuz mühacirlərin dövlət qeydiyyatından keçməsi, onlar haqda məlumatların yoxlanılması, onların cərimə verməsi və onlardan vergilər toplanılması və bütün digər mərhələlər tamamlandıqdan sonra onlara Birləşməş Ştatlarda qanunu yaşama və işləmə hüququ verilməsi nəzərdə tutulur. Mühacirlər daha sonra daimi yaşamaq hüququ verən yaşıl kard adlanan sənəd üçün müraciət edə bilərlər.

Latın amerikalı fəallar, cənab Obamanın prezidenltiyinin ilk dönəmində prioritet sayılan mühacirətə dair islahatları həyata keçirmədiyinə görə tənqid ediblər.

Planda bəzi istinalar da nəzərdə tutulub. Bu, ABŞ-a uşaq yaşlarında daxil olmuş insanlar və ölkənin ərzaq ehtiyacını təmin etmək üçün kənd təsərrufatı sahəsində çalışan işçilərə şamil edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG