Accessibility links

Pentaqon: "Koalisiyanın strategiyası militantları Suriyadan və İraqdan çıxarmaqdır" [Video]


Hava hücumlatrı nəticəsində İŞİD əraziləri itirir
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Birləşmiş Ştatların hərbi rəsmiləri deyirlər ki, İslam Dövləti militantları xəlifət qurmaq üçün ələ keçirdikləri ərazinin artıq dörddə birini itirib. ABŞ Müdafiə Nazirliyinin bazar ertəsi verdiyi açıqlamada deyilir ki, bu, koalisiya qüvvələrinin havadan, İraq ordusunun isə yerdən həyata keçirdiyi hücumların nəticəsidir.

Pentaqonun hazırladığı yeni xəritəyə əsasən İraq ordusu ölkənin şimalında Tikritə yaxın ərazini, Sincar dağını və Mosul bəndini ələ keçirib.

Pentaqon sözçüsü Stiv Varren Əlhürrə televiziyasına verdiyi müsahibəsi zamanı İslam Dövlətinin keçən ilin avqust ayından bəri ələ keçirdiyi ərazidən 15 min kvadrat kilometri itirdiyini deyib. “Bildiyiniz kimi biz Tikrit şəhərini İŞİD-in əlindən almaq üçün uğurlu əməliyyatlar keçirmişik. Tikritin ələ keçirmədiyimiz kiçik hissələri qalıb ki, həmin yerlərdə Dayeş (İslam Dövləti) çox sayda tələ və partlayıcı qurğular yerləşdirib, snayperlər qoyub,

Pentaqon sözçüsü İslam Dövlətinə qarşı əməliyyatların Suriyada daha uğursuz olduğunu bildirib. "Suriyadakı İŞİD bir az Dəməşq şəhərində, bir az cənubda, eləcə də Hələbdə itkilər verib. Əsas itkiləri Kobani ətrafında olub. İraqla fərq ondadır ki, İraqın təhlükəsizlik qüvvələri hava hücumlarına yerdən yardım edir.

Pentaqon rəsmisi deyib ki, koalisiyanın strategiyası militantlara Suriyada istehkamlanmağa imkan verməmək və İraqdan vurub çıxarmaqdır.

Bəzi təhlilçilər isə deyirlər ki, İslam Dövlətinə qarşı əsas döyüşlər sünnilərin çoxluq təşkil etdiyi Mosul və Ənbar vilayətlərində olacaq. Amerika İnkişaf Mərkəzindən Brayan Katulis: “Kim bilir bu, nə vaxt baş verəcək. Əgər İraq düzgün iş görmək istəyirsə, bunu şiə yaraqlılarla edə bilməz. Bunu sünnilərin çoxluq təşkil etdiyi sünni məhllələrdə də edə bilməz.”

BMT-nin baş katibi Ban Ki Mun Tikritin azad edilməsini alqışlasa da, orada insan haqlarının pozulması və İraq ordusu ilə birlikdə döyüşən yarı-hərbi qüvvələrin törətdiyi zorakılıqlarla bağlı narahatlığını bildirib.

İslam Dövlətindən azad edilmiş ərazilərdə etnik və dini azlıqların təhlükəsizliyinin qorunması üçün yerli qüvvələrdən ibarət hərbi dəstələr təşkil edilməlidir. “Hazırda İraqda belə bir ordu yoxdur. Hazırkı yanaşma ondan ibarətdir ki, çoxmillətli ordu qurulsun və bu, İraqın istənilən nöqtəsində istifadə oluna bilsin.

Özlərinin maliyyələşməsinə yardım edən neftayırma zavodları da daxil edilməklə, hələ İraqın şimal bölgəsi yaraqlıların nəzarəti altında qalır.

XS
SM
MD
LG