Accessibility links

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Şimali Koreyaya səfər edib


ABŞ prezidenti Donald Tramp deyib ki, ABŞ Şimali Koreya ilə birbaşa yüksək səviyyədə danışıqlara start verib.

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo Kim Conq Unla görüşmək üçün bu yaxınlarda Şimali Koreyaya səfər edib.

Prezident Tramp görüşün baş tutduğunu təsdiq edib.

Rəsmilərin sözlərinə görə, Mayk Pompeo ilə Koreya lideri arasında görüş prezident Trampla Kim arasında mümkün zirvə görüşünə hazırlıq məqsədi daşıyır.

Pompeo ilə Kim arasında görüş haqda ilk dəfə məlumat yayan Washington Post yazıb ki, görüş Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri dövlət katibi vəzifəsinə təyin edildikdən bir qədər sonra, Pasxa həftə sonu keçirilib.

Lakin Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders deyib ki, Trampla Kim arasında birbaşa danışıqlar olmayıb.

Tramp Şimali Koreyanın ABŞ və onun regiondakı müttəfiqlərinə artan təhlükə yaradan nüvə silahı proqramını dayandırması məqsədi ilə iyun ayının əvvəli Kimlə görüşməyi planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG