Accessibility links

ABŞ və Litva nüvə terrorizminə qarşı mübarizədə əməkdaşlığı gücləndirir


ABŞ dövlət katibi Con Kerri və Litva Xarici işlər naziri Linas Linkyaviçus nüvə terrorizminə qarşı mübarizədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsləsəndə razılağa gələrək, nüvə və radioaktiv materialların qaçaqmalçılığına qarşı səylərin gücləndirilməsinə dair müqavilə imzalayıblar.

Planda Litvanın bu cür hadisələrin qarşısının alınması və effektiv cavab verilməsi sahələrində imkanlarını gücləndirmək üçün iki hökumət arasında əməkdaşlığın təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, Litvanın bu sahədə təcrübəsini regionun digər ölkələri ilə bölüşməsi planlaşdırılır.

Müqavilədə bundan başqa Litvada radioaktiv materiallara nəzarətin gücləndirilməsi üçün tədbirlərin görülməsi, ölkənin dövlət müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi və Litvanın qonşu ölkələrə bu sahədə yardım edə bilməsi üçün imkanların genişləndirilməsi nəzərdə tutulur.

Plana əsasən, Litvada nüvə və radioaktiv materialların qaçaqmalçılığında günahkarların məsuliyyətə cəlb edilməsini təmin etmək üçün ölkənin cinayət-prosessual məcəlləsinə dəyişikliklər edilməsi gözlənilir.

"Bu, nüvə materiallarının terrorçular və digər cinayətkarların əlinə keçməsinin qarşısını almağa kömək edəcək. Bu çox əhəmiyyətli bir addımdır və biz bu məsələdə fəal rolu oynadığına görə ölkəyə minnətdarıq ", - deyə ABŞ Dövlət katibi Kerry litvalı həmkarı Linas Linkyaviçusa bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG