Accessibility links

Amerikanın çox ştatı marixuanadan istifadəyə icazə versə də federal qanun qadağa qoyur [Video]


Amerikanın çox ştatı marixuanadan istifadəyə icazə versə də federal qanun qadağa qoyur
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Marixuananın qanuniləşdirilməsi ilə bağlı İllərdir davam edən mübahisə 2017-ci ildə də davam edir. Obama administrasiyası narkotiklərlə bağlı siyasətə vergi ödəyənlərin hesabına federal maliyyənin xərclənməsindən imtina edib. Amerikalıların çoxu narkotiklərlə bağlı siyasətin yenidən nəzərdən keçirilməli olduğunu hesab edib. ABŞ-ın hazırkı baş prokuroru Ceff Seşşins narkotiklərin laeqallaşdırılmasının əleyhinə çıxış edir.

Marixuananın qanuniləşdirilməsinin tərəfdarları bazar ertəsi Birləşmiş Ştatların Kapitoli binasının qarşısına toplaşıb. Federal qanun maruxuanaya qadağa qoyduğu üçün həbs ediləcəklərini bildikləri halda onlar bir araya gəlməkdən çəkinməyib. “Mənim 9 yaşlı qızım var, O epilepsiya xəstəsidir” deyə, Daun Li-Karti bildirir.

Marixuananın tərkibindəki THC, yaxud “Tetrahidrokannabiol” aktiv maddədir. Tərkibdəki CBD –“Cannabidol” isə əksinə, sakitləşdiricidır və qıc olma hallarında yardım edir. Daun Li-Karti qızını nevrologiya həkiminə aparıb. Ona ağır opiod dərmanlar yazıblar. “Bir dəfə biz evə qayıdanda mənim qızım güzgünün qarşısında durub gözünü çıxarmaq istəyirdi. O, çirkin olduğunu və özünü görmək istəmədiyini deyirdi.”

“Tutmalar dayanmırdı. Bizim iki yolumuz var idi, ya beyində əməliyyat, ya da onu qıc vəziyyətində saxlayacaq dərman. Mən bunların heç birini istəmirdim” deyə, o bildirir.

Hazırda Amerikanın çox ştatı marixuanadan müəyyən miqdarda istifadəyə icazə verib. Kolumbiya mahalı da daxil edilməklə, bir neçə ştat isə bu otdan əyləncə məqsədilə istifadəyə icazə verib.

Li-Karti bir ştatdan digərinə narkotik maddə keçirərkən həbs edilə biləcəyini bilirdi, lakin o, qızına Cannabidol aparmalı idi. Senator Ceff Seşşins: “Bizə Vaşinqtonda marixuananın qanuniləşdirilməli olmadığını deyən yaşı çatmış məsullar lazımdır."

Buna baxmayaraq Li-Karti qızına marixuana verməkdə davam edir. “Bundan istifadə etməyə başlayandan bəri onun tutmaları azalıb. Qıclar başlayan kimi tez də keçir.”

Bu preparatdan digər xəstəliklərdə də istifadə etmək olar. Corc Vaşinqton universitetindən doktor Hey Çen: “CBD hüceyrə səviyyəsində həyəcanlandırmanı azaldır.”

Marixuananın leqallaşdırılmasına qarşı olan opponentlərdən bəziləri onun müalicəvi cəhətlərini də inkar etmir. Lakin onlar bu otdan əyləncə üçün istifadə ilə razılaşmır. "Marixuanaya ağıllı yanaşma" təşkilatından Kevin Sabet: “Biz marixuananın CBD – Cannabidol yağını tibbi marixuanadan ayırmalıyıq. Leqalizasiya tərəfdarları epilepsiya xəstələrini göstərərək, bunların hamısını bir yerdə istəyir. Lakin çox zaman bundan əyləncə üçün istifadə edilir.”

Son iki rəy sorğusunun nəticələri göstərib ki, amerikalıların 60 faizi marixuananın əyləncə məqsədilə istifadəsini, 90 faizi isə müalicə üçün, həkimlərin resepti ilə verilməsinin qanuniləşdirilməsini istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG