Birləşmiş Ştatlar boyu minlərlə şagird və tələbə küşələrə çıxaraq, silah zorakılığına son qoyulmasına çağırıb. Bu nümayişlər Floridanın Parklend şəhərindəki məktəbdə 17 nəfərin ölümü ilə nəticələnən hücumdan və anım mərasimlərindən bir ay sonra həyata keçirilir.
Bu tələbələr Nyu-York şəhərinin küçələrində bir araya gəlib. Nyu-York məktəbinin şagirdi Keziya Smit: “Hər gün şagird ölür və bunun qarşısını almaq üçün heç kim heç nə etmir. Buna son qoyulmalıdır.”
Bura isə Atlantadır. Məktəb şagirdi Eterniti Çappel: “Mən silaha nəzarət üçün mübarizə aparıram və silah zorakılığına son qoyulmalıdır.”
Okland şəhərində Florida qurbanları çıxışlar və musiqi, habelə silah zorakılıqlarının qurbanları evləri yaxınlığında ilə yad edilir. “Mənim əmim oğlu güllələnib. Onu küçədə vurublar. Mənim dostum Devon güllə ilə vurulub. Mənim digər dostlarım da silahla öldürülüb. Ailə üzvlərimdən biri güllə yarası alaraq şikəst olub” deyə, Okland məktəbinin şagirdi Solomon Smit bildirir.
İlinoys ştatının Atava şəhərinin məktəbliləri də Florida qətlə yetirilən 17 qurbanın xatirəsini anır. Tələbələr deyir ki, bu etirazlar nə siyasi xarakter daşıyır, nə də silahı olanlara qarşıdır. Ottava məktəbindən Brett Qallaqner: “Doğrudan da bu belə deyil. Biz məktəbdə olarkən insanların özlərini təhlükəsiz hiss etmələrini istəyirik.”
Zorakılığın qarşısı necə alınmalıdır? Tələbələrdən bəziləri Florida məktəbinə hücum zamanı istifadə edilən yüksək kalibrlı silahlara qadağa qoyulmasını tələb edir.
Digərləri silah almaq üçün yaş həddinin artırılmasını, məktəblərdə silahlı polisin sayının artırılmasını və ya müəllimlərin silahlandırılmasını istəyir. Müzakirələr emosionaldır, şagirdlər isə buna son qoyulmasını istıyir. “Biz hansısa dəıyişiklik etməsən bunun sonu olmayacaq və eyni vəziyyət davam edəcək. Kiminsəsilahla öldürüldüyünü eşitdik, ağladıq və həyat davam edir” deyə, Devin Nilşou bildirir.
Silahla bağlı məsələ Kaliforniya tələbələrini də fəallaşdırıb. Kendal Praym: “Biz qanunvericilərin bizim səsimizi eşitmələrini istəyirik. Paklend qurbanları üçün onlar ayağa qalxıb. Onlar Floridada qanunvericilik hərəkatına başlayıb. Bu, məni səsimi ucaltmağa ruhlandırdı.”
Bəziləri bu mesajların tələbələrin təhlükəsizliyinə zamin olacağını, digərləri isə tələbələrin hansısa dəyişikliyə nail ola biləcəyini düşünür.
Yeni nəsil yeni fikirlərlə çıxış edir.