Accessibility links

ABŞ dövlət katibi İsraillə Fələstin arasında çərçivə razılığı əldə edilməsinə çalışır


Birləşmiş Ştatların dövlət katibi Con Kerri ABŞ-ın Yaxın Şərqdə sülh sazişinin aprel ayınadək təmin edilməsinə dair səylərinin bir hissəsi kimi bu gün Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Cümə axşamı fələstinlilərin prezidenti Mahmud Abbasla Ramallahda görüşən cənab Kerri regionda sülhün bərqərar və təhlükəsizliyin təmin olunacağına ümid etdiyini deyib.

Adının çəkilməsini istəməyən ABŞ rəsmiləri 9 ay davam edən danışıqlarda tam nailiyyət əldə ediləcəyindən əmin olmayan cənab Kerrinin çərçivə razılığı əldə etməyə çalışdığını deyirlər.

Nə İsrailin, nə də Fələstinin ABŞ-ın münaqişəyə son qoymaq barədə çağırışları ilə razıdır, ancaq cənab Kerri deyib ki, illərdir davam edən müzakirələrdən sonra tərəflər razılığa daha yaxındırlar.
XS
SM
MD
LG