Accessibility links

Oskar mükafatlarının təqdimatı mərasiminə son hazırlıqlar gedir


Oskar mükafatlarının təqdimatı mərasiminə son hazırlıqlar gedir
Oskar mükafatlarının təqdimatı mərasiminə son hazırlıqlar gedir

Kino ulduzları Los Ancelesdə bu gün Amerika Kino Akademiyasının Oskar mükafatlarının təqdimatı mərasiminə toplaşır. Britaniya kralı Altıncı Corca həsr edilmiş The King's Speech 12 kateqoriyada nominasiya ilə gecənin favoriti hesab edilir. Ən yaxşı kino-film kateqoriyasında qlobaı fenomen olan Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqə həsr edilmiş The Social Network Oskara səkkiz nominasiya alıb. Film bundan öncə Oskar üçün müəyyən dərəcədə barometr rolunu oynayan Qızıl Qlobus mükafatına layiq görülüb. Ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında mükafatı balerinanın ağır həyatından bəhs edən Black Swan kino-filmində baş rolun ifaçısı Natali Portmanın alacağı gözlənilir. Builki Oskar mükafatlarının təqdimatı mərasiminin aparcıları aktyorlar Ceyms Franko və Enn Hatavey olacaq.

XS
SM
MD
LG