Birləşmiş Ştatlar və Britaniya çərşənbə axşamı Livanda yerləşən "Hizbulla" militant qruplaşmasına maliyyə yardımı göstərməkdə günahlandırılan brilyant və sənət əsərləri alverçisinə qarşı sanksiyalar elan edib.
Britaniya Nazim Əhmədin aktivlərini dondurduğunu və ölkədəki hər kəsin onunla və ya sahibi olduğu hər hansı şirkətlə biznes qurmağı qadağan etdiyini bildirib.
Birləşmiş Ştatlar 2019-cu ildə oxşar sanksiyaları bir çox ölkədə Əhmədin xeyrinə “nağd pul, brilyant, qiymətli daşlar, sənət əsərlərinin satılması və ödənişi, daşınması və çatdırılmasını” asanlaşdıran 52 fiziki və hüquqi şəxsdən ibarət şəbəkəyə qarşı elan edib.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilib ki, bu qurumlar Əhmədin “Hizbullahı və dəbdəbəli həyat tərzini maliyyələşdirmək qabiliyyətini qorumaq üçün” ABŞ sanksiyalarından yayınmasına yardım edib.
Maliyyə Nazirliyi ilə yanaşı ABŞ Dövlət Departamenti də Hizbullanın maliyyələşdirilməsi ilə bağlı əlavə məlumat üçün 10 milyon dollar mükafat təklif edib.