Accessibility links

11 ölkədən ABŞ-a gələnlər daha ciddi yoxlanışdan keçəcək


ABŞ Prezidenti Donald Tramp qaçqınların ölkəyə buraxılmasına dair qanunun bərpa edilməsi ilə bağlı sərəncam imzalayıb. Lakin sərəncama görə milli təhlükəsizliyə yüksək risk törədə biləcək 11 ölkədən gələnlər daha ciddi yoxlanışdan keçəcək.

Rəsmilər sözü gedən 11 ölkənin adlarını açıqlamayıb. Lakin Reuters və Fransanın xəbər agentliyi bu ölkələrin artıq Təhlükəsizlik Məsləhətləşmə Rəyləri kimi tanınan ciddi yoxlamanın nəzərdə tutulduğu ölkələrlə eyni olduğunu bildirib. Bu ölkələrə Misir, İran, İraq, Liviya, Mali, Şimali Koreya, Somali, Cənubi Sudan, Sudan, Suriya və Yəmən daxildir.

Çərşənbə axşamı imzalanan sərəncam Trampın ABŞ-a daxil olan qaçqınların sayının azaldılması barədə kampaniya vədlərinə sadiq qalaraq göstərdiyi səylərdən sonuncusudur.

Trampın bu proqramın qarşısını almaq məqsədi ilə iki sərəncam imzalamasına baxmayaraq, yanvar ayından bəri minlərlə qaçqın Birləşmiş Ştatlara daxil olub.

Məhkəmə qərarı ilə müvəqqəti qadağanın qüvvəyə minməsinin qarşısını alınıb. ABŞ-ın Ali Məhkəməsi qaçqınların yaxın ailə əlaqələri olduğunu nümayiş etdirdiyi halda onların ölkəyə daxil olmaqda davam edə bilməsinə dair qərar çıxarıb.

XS
SM
MD
LG