Accessibility links

Özbəkistan parlamenti ölkənin idarəsini baş nazirə həvalə edib


Özbəkistan parlamenti dövlət başçısı İslam Kərimovun vəfatından sonra ölkənin idarəsini baş nazir Şəfkət Mirziyoyevə həvalə edib.

Mirziyoyev 2003-cü ildən parlamentin aşağı və yuxarı palatalarının birgə təyinatı ilə baş nazir vəzifəsində çalışır. Onun gələn 3 ay ərzində keçirilməsi planlaşdırılan prezident seçkilərində qələbə əldə edəcəyi təxmin edilir.

Müxalifət isə bi qərarı qeyri-konstitusion adlandırıb. Fəaliyyəti qadağan edilmiş Azad Demokrat Partiyasının sədri Məhəmməd Salih Özbəkistan parlamentinin bu təyinatını konstitusiyaya zidd adlandırıb. İstanbulda yaşayan müxalifət lideri bildirib ki, bu, hakimiyyətin qəsbi üçün səssiz cevrilişdir.

Rusiyanın Dojd TV tele-kanalının məlumatına görə, Özbəkistan konstitusiyasına əsasən müvəqqəti prezident vəzifəsini parlamentin yuxarı palatasının sədri Niqmatilla Yuldaşev icra etməli idi. Xəbərdə onun bundan imtina etdiyi bildirilir.

Salihə istinad edən kanal Yuldaşevin təzyiqlərə və ya şantaja məriz qaldığını bildirib.

Özbəkistanın müstəqil informasiya agentliyi Fərqanənin baş redaktoru Dannil Kislov parlamentin qərarının yerli özbək rəsmiləri və müşahidəçiləri şoka saldığını bildirib. O,qanunların Yuldaşevin bu vəzifənin icrasından imtina etməsinə yol vermədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG