Accessibility links

Vaşinqtonda silahlı hücumlar - 2 ölü, 7 yaralı


Cümə axşamı gecə saatlarında Vaşinqton şəhərində ayrı-ayrılıqda baş verən iki silahlı hücum zamanı 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Polis və media cümə günü birində avtomat silahdan istifadə edilən hücumlarda əli olmaqda şübhəli bilinənlərin axtarıldığını bildirib.

Avtomobildən edilən birinci silahlı hücumda bir nəfərin öldüyü, beş nəfərin yaralandığı, yaralılardan ikisinin ağır vəziyyətdə olduğu bildirilir.

Metropoliten polis komandiri Stüart Emerman atəşin Columbia Heights məhəlləsindəki binanın qarşısında duran insanlara açıldığını deyib.

Polis açıqlamasında bildirib ki, iki şübhəlinin Nissan Sedan avtobomilində `AK` tipli avtomatdan istifadə etdiyi müşahidə olunub.

NBC kanalının polisə istinadən bildirdiyinə görə, ilk hadisədən təxminən yarım saat sonra şəhərin şimal-şərq hissəsində üç nəfərə atəş açılıb və onlardan biri ölüb. İki atışmanın əlaqəli oldub-olmadığı barədə məlumat verilməyib.

Şərhlərə bax

XS
SM
MD
LG