Accessibility links

Mumiyalar insanların diqqətini cəlb etməkdə davam edir


Mumiyalar insanların diqqətini cəlb etməkdə davam edir
Mumiyalar insanların diqqətini cəlb etməkdə davam edir

Mumiyalara məftunluq yenilik deyil. Bu haqda çoxlu filmlər çəkilmiş, romanlar yazılmışdır. Misirşünas Səlimə İkram bu qədim mədəniyyətin min illərdir insanları öz təsirində saxladığını deyir. “Hətta romalılar və yunanlar da bura turist kimi gəlirdilər” – deyə, Səlimə İkram bildirir.

Səlimə İkram Vaşinqtondakı Təbiət Tarixi milli muzeyində nümayiş etdirilən “Qədim Misirdə Daimi Həyat” adlı sərginin qoyulmasına yardım edib. O, cəsədləri yalnız yığıb nümayiş etdirmək üçün deyil, qədim Misirdə insanların həyatlarının öyrəniləcəyinə ümid etdiyini deyir.

Mumiyalar müzeydə on illərlə nümyiş etdirilib. Lakin keçən il onların xüsusi anbarlarda saxlanılması qərarına gəlindi. Muzeyin kuratoru Melinda Zeder xalqın mumiyaların geri gətirilməsini tələb etdiklərini deyir: “Nəinki Vaşinqton sakinləri, ölkənin müxtəlif bölgələrindən olan insanlar belə sərgilərin nə vaxt keçiriləcəyini soruşur. Əsasən də mumiyaların nə vaxt geri qaytarılacağı ilə maraqlanırlar.”

İndi mumiyalar həyatları barədə məlumatlarla geri qayıdırlar. Laboratoriyada şəkillər üzərində işləyən antropotoloq Bruno Frohliç bu görüntülərdən çox sayda məlumat əldə edildiyini deyir. “Biz insanın neçə yaşında öldüyünü, cinsini öyrənə bilir, hüceyrələrin sayından onun hansı işlə məşğul olduğunu müəyyən edə bilirik.”

Bu texnologoyadan Piçmond şəhərindəki Virciniya İncəsənət Muzeyində istifadə edilir və 3D filmlərində gizli qəbirlərdən söhbət açılır.

Müzeyə tamaşa etməyə gələn Ann Martin bunun inanılmaz olduğunu deyir: “Bu filmə baxarkən inana bilmirsən ki, qəbrin içərisini, tabutun içərisində olanı görürsən. Bu, çox maraqlıdır.”

Film Britaniya muzeyindən gətirilmiş 100-dən çox eksponat haqda məlumat veirir. Virciniya muzeyindən Aleks Nyerges: “Hər birimizin daxilindəki uşaq mumiyalara məftun olub. Britaniya muzeyinin kolleksiyası, Məqbərənin Sirləri ilə nec maraqlanmamaq olar?”

Muzeydə nümayiş etdirilən dörd mumiyanın dördü də ilkin sarılan parçada və onlardan yalnız biri tabutdadır.

Bu muzeyə gələnlərdən bəzilərini isə qədim Misirin incəsənəti özünə cəlb edir. Onlar Misir haqda muzeyin hədiyyələr mağazasında satılan zinət və dekorativ əşyaları özləri üçün xatirə aparırlar.

XS
SM
MD
LG