Accessibility links

Bloq: Vaksinlərin vaxtında qəbulu ilə göy öskürəyə mane olun!


Göy öskürək körpələr arasında geniş yayılmış bir xəstəlikdir. Ölüm hallarını vaksinlərlə aradan qaldırmaq mümkündür. Bu xəstəliyə inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Lakin son illər Amerikada göy öskürən hallarının artdığı müşahidə edilir.


Göy öskürəyin simptomları soyuqdəymənı xatırladır. Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşı Lara Miseqaddes deyir ki, göy öskürək tənəffüs orqanlarının yoluxucu xəstəliyidir. “Buna bakteriya səbəb olur. Şiddətli öskürək 10 həftədən artıq davam edir. ”

Soyuqdəymə kimi göy öskürəyə hamı yoluxa bilər. Xəstəlik körpələr, azyaşlılar və qocaların asanlıqla ölümünə səbəb ola bilər.


Hər il dünyada 50 milyon insan bu xəstəliyə tutulur, onların 300 mini dünyasını dəyişir. Vaksinlər xəstəliyə mane olunmasında mühüm rol oynayır.

Körpəlik dövründə uşaqlara 4, məktəbqabağı isə bir vaksin vurulur. Alimlər vaksinlərin bu dozasını qəbul edənlərin xəstələnmə riskini araşdırıb.


Göy öskürəyi olan uşaqların uşaqlıqda vaksin qənul edilmədiyi,vaksin alanlarda xəstəlik riskinin aşağı olduğu müəyyən edilib.

Alimlər həm də immunizasiyanın zamanla müdafiə gücünü itirdiyini də aşkar edib. Belə ki, vaksinlərdən sonrakı birinci il effektivlik 100 faiz, 5-ci il isə effektivlik 30 faiz olur.


Hazırda vansinlərin təkmilləşdirilmiş variantı üzərində iş aparılır. Lakin eyni zamanda hər kəs olduqca sadə yolla özünü müdafiə edə bilər. Əllərin tez-tez yuyulması və vaksinlərin vaxtında qəbulu ilə.

XS
SM
MD
LG