Accessibility links

Vaşinqton Qərbi Balkanlara dəstək siqnalı göndərirmi? [Video]


Vaşinqton Qərbi Balkanlara dəstək siqnalı göndərirmi?
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Vaşinqton Qərbi Balkanlara dəstək siqnalı göndərirmi?

ABŞ Monteneqronun baş nazirinə qarşı edilən sui-qəsd və Rusiyanın maliyyələşdirdiyi ehtimal olunan keçən ilin oktyabrındakı çevriliş cəhdini Rusiyanın Balkanlara müdaxiləsinin ən iyrənc nümunəsi hesab edir. Vaşinqton bildirir ki, onlar regiondakı maraqlarını və müttəfiqlərini müdafiə edəcəklər.

Mayk Pensin keçən həftə Vaşinqtonda Serbiyanın yeni seçilmiş prezidenti Aleksandr Vuçiç ilə görüşməsi onu göstərir ki, Balkan ölkələri ilə əlaqələrində Tramp administirasiyasını vitse-prezident təmsil edir.

Rusiya Balkan ölkələrini Avro-Atlantik qurumlarla yaxınlaşmaqlarından çəkindirməyə çalışıb. Dövlət katibinin köməkçisinin müavini Hoyt Bryan Yi -nin sözlərinə görə Balkanların Avropa Birliyi və NATO ilə yaxınlaşması ABŞ-ın marağındadır.

Dövlət katibinin köməkçisinin müavini Hoyt Bryan Yi həmçinin onu da əlavə edib ki, hazırda Balkan ölkələri xarici təsirlərdən daha çox ölkədəki islahatlara və korrupsiyaya qarşı mübarizəyə fokuslanıb. Daxili və xarici problemlərlə üzləşən region üçün ABŞ tərəfindən təklif olunan öhdəlik böyük töhfə ola bilər.

XS
SM
MD
LG