Accessibility links

ABŞ-da yenicə dünyaya gələn panda balası ölüb


Baytarların pandanın ürəyinin fəaliyyətini bərpa etmək səyləri nəticə verməyib

Vaşinqtondakı Milli Zooparkdan gələn kədərli xəbər heyvansevərləri məyus edib. Keçən həftə dünyaya gələn bala panda ölüb.

Zoopark işçiləri bildirir ki, onlar pandanın anası Mei Şangin bazar günü səhər saatlarında yardım çağırışlarını eşidib. Baytarlar bala pandanın ürəyinin fəaliyyətini bərpa etməyə və digər xilasedici metodlardan istifadə etməklərinə baxmayaraq göstərdikləri səylər nəticə verməyib.

Zoopark bala pandanın ölüm xəbərini məyusedici adlandırıb. Bala pandanın səhhəti bütün həftə boyunca normal olub və heç bir xəsarət və ya infeksiya qeydə alınmayıb.

Mei Şanq 2007-ci ildən bəri beş uğursuz hamiləlik keçirib, keçən həftə isə Vaşinqtondakı Milli Zooparkda bala pandanı dünyaya gətirib.

Qəsəfdə yaşayan pandalan balalaması çox nadir rast gəlinən hadisədir. Vaşinqton Milli Zooparkında 1972-ci ildən bəri yalnız bir panda bir neçə gün artıq yaşaya bilib. Digər pandalar Atlanta, San Dieqo və Çindəki zooparklarda sağlam doğulub və yaşayır.
XS
SM
MD
LG