Accessibility links

Roma Papası Frensis COVİD-ə qarşı peyvənd vurdurmağın "mənəvi öhdəlik" olduğunu deyib


Roma Papası Frensis bazar ertəsi COVID-19-a qarşı peyvənd olunmağın özünün və başqalarının sağlamlığına qayğı göstərməyin bir hissəsi kimi "mənəvi öhdəlik" olduğunu deyib və dünya əhalisini peyvənd vurdurmaq üçün beynəlxalq səylərə çağırıb.

Vatikana təyin olunmuş diplomatlar qarşısında çıxışı zamanı Roma Papası COVID-19 pandemiyasının sosial təcridə və insanların həyatına son qoymağa davam etdiyini, lakin təsirli peyvəndlərin xəstəliyin risklərini effektiv şəkildə azaltdığını qeyd edib. O, şəxsi, siyasi və beynəlxalq səviyyədə geniş öhdəliyə çağıraraq, əhaliyə mümkün qədər peyvənd vurulmasının vacib olduğunu deyib.

Roma Papası həm özünün, həm də ətrafındakı insanların sağlamlığının qayğısına qalmağın hər kəsin borcu olduğunu vurğulayıb.

“Bu, ətrafımızdakı insanların sağlamlığına hörmət deməkdir. Sağlamlığa qulluq mənəvi borcdur" - deyə, o bildirib.

Bununla yanaşı Frensis bu gün dünyada mövcud olan “əsassız məlumatlar və ya sənədləşdirilmiş yalan faktlarla” dəstəklənən “ideoloji parçalanmaları” gördüyünü də deyib.

Roma Papası "Peyvəndlər sehrli bir müalicə vasitəsi deyil, lakin şübhəsiz ki, onlar inkişaf etmiş digər müalicələrə əlavə olaraq, xəstəliyin qarşısının alınması üçün ən ağlabatan həll yoludur" deyib.

Roma Papası Fransis beynəlxalq ictimaiyyətin "bütün dünya əhalisinin əsas tibbi yardımlara və peyvəndlərə bərabər şəkildə çıxış əldə etməsini" təmin etmək üçün öhdəlik götürməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG