Nigeriyada doğulan rejissor Akin Omotosonun “Vaya” filmi kənddən Cənubi Afrikanın Yohannesburq şəhərinə gedən 3 nəfərdən bəhs edir.
Bu, itirilmiş məsumiyyət və xəyanət hekayəsidir. “Vaya” Yohannesburqa getmək üçün qatara minən üç nəfərin hekayəsidir. Durbandan Yohannesburqa gedən bu üç nəfər bir-birini tanımasa da, onların hekayələri arasında bağlılıq var" deyə, Akin Omotoso bildirir.
Hər səyahətçinin öz missiyası var və onlar rədd cavabları, istismar və zorakılıqlarla qarşılaşır.
Yeniyetməlik dövründən çıxan gənclər haqdakı bu film küçələrdə yaşayan insanlar üçün “Evsiz Yazıçılar Layihəsi”ndəki cənubi afrikalıların həqiqi hekayələrinə əsaslanır.
Cənubi Afrika dialektində “Vaya” getmək deməkdir. Akin Omotoso: “Bu sözün bir neçə mənası var. Beləliklə buradakı “getmək” Durbandan Yohannesburqa getməyi nəzərdə tutsa da, sən oraya çatanda insanların səni istəmədiyini görürsən. Onlar sənin geri getməyini isyəyir. Yəni bu söz layihəni bütünlükdə əhatə edir.”
Omotosonun özü də mühacirdir. O, Nigeriyada doğulsa da ailəsi sonradan onun incəsənət təhsili aldığı Cənubi Afrikaya köçüb. Bundan sonra o, aktyorluq və rejissorluq edib.
“Vaya” qaradərili və ya qadın rejissorlar tərəfindən çəkilmiş 20 filmdən biridir. Filmin distribyüteri Hollivud kinorejissoru Ava Du-Verneyin təsis etdiyi incəsənət kolleksiyası və paylaşma şirkəti olan “Array”-dir. "Array" şirkətindən Mersedes Kuper: “Bizim məqsədimiz tamaşaçının görə bilmədiyi filmlərə çıxış imkanlarını yaratmaqdır. Bunlar layiq olduğu bir platformadan eşidilməsinə ehtiyacı olan müstəqil səslərdir. ”
Beynəlxalq kino-festivallarda nümayiş etdirilən “Vaya” Birləşmiş Ştatların kino-teartların ekranlarına oktyabr ayında çıxıb. Noyabr ayının 1-dən isə film Netflix-də nümayiş etdirilməyə başlayacaq.
Filmin rejissoru deyir ki, Cənubi Afrika haqda olmasına baxmayaraq, bu, çoxlarının həyat hekayəsi ola bilər. “Hər kəsin gələn bir əmisi oğlu, gedən bir qardaşı, ya da hansısa qohumu var. Yəni “Vaya” yalnız Yohannesburqda baş vermir.”
Rejissor əlavə edir ki, daha yaxşı həyat axtarmaq və yaşamaq uğrunda mübarizə universal mövzulardır.