Accessibility links

Venesuela: sanksiyalar, əfv vədləri və Maduronu dəstəkləyən hərbçilər


Venesuela: sanksiyalar, əfv vədləri və Maduronu dəstəkləyən hərbçilər
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Venesuela: sanksiyalar, əfv vədləri və Maduronu dəstəkləyən hərbçilər

Bu həftə ABŞ Venesuelaya neft sanksiyaları tətbiq edib, bu həm də sosialistlərin lideri Nikolas Maduronu devirmək üçün təzyiq strategiyasının bir hissəsidir. Bəzi zabitlər arasında narazılıq artmaqdadır, lakin generalların tərəfləri dəyişməyə razı ola biləcəyi aydın deyil.

Venesuela ordusunun komandirləri ölkədə qıtlıq və siyasi təzyiqlərin artmasına baxmayaraq, prezident Nikolas Maduroya sadiq qalıblar.

Ancaq son hadisələr hərbi dəstəyə sınaq ola bilər.

ABŞ Venesuela Milli Asambleyasının prezidenti Xuan Quaydonu ölkənin keçid dövrünün lideri olaraq tanıdıqdan sonra bu həftə Venesuelanın neft sənayesinə sanksiyalar tətbiq edib.

Venesuela dünyanın ən böyük neft yataqlarına sahibdir, lakin bütün dünyada neft qiymətlərinin düşməsindən sonra onun iqtisadiyyatı çöküb.

Müxalifət lideri ötən il Nikolas Maduronun bir sıra müxalifət namizədlərinin seçkilərdə iştrakını qadağa etməsindən sonra qalib gəldiyi seçkiləri qeyri-qanuni sayır. ABŞ daxil olmaqla bir sıra digər ölkələr də Maduronun seçkilərini qəbul etmirlər.

Maduronun hakimiyyətdə birinci müddəti başa çatdıqdan sonra, Quaydo prezident səlahiyyətlərini öz üzərinə götürüb və qonşu ölkələr Braziliya və Kolumbiya da daxil olmaqla 20 ölkə tərəfindən Venesuelanın keçid dövrü prezidenti kimi tanınıb.

Quaydo hərbi çevrilişə çağırmayıb, lakin Maduronu dəstəkləməyə son qoyan əsgər və zabitləri əfv edəcəyini bildirib.

Venesuela vətəndaşlarının artan etirazlarını boğmaq üçün istifadə edilən aşağı rütbəli zabitlər arasında da narazılıqlar artır, Venesuelanın ABŞ-dakı hərbi attaşesi polkovnik Xose Silva Quaydonu dəstəklədiyini bilirib.

“Hərbçilərə mesajım budur- Xalqınızla pis davranmayın. Bizə silah millətimizin suverenliyini müdafiə etmək üçün verilib", enesuelanın ABŞ-dakı hərbi attaşesi polkovnik Xose Silva.

Maduro yüksək vəzifəli zabitlərin gəlirli imtiyazlara sahib olmasını təmin etməyə çalışıb. Onların bəziləri ölkədə qanunsuz narkotik maddələrin ticarəti və dövriyyəsi ilə məşğuldur.

Arxasında yüksək vəzifəli hərbçiləri olan Maduro onun hakimiyyətinə qarşı artan siyasi nümayişləri qəddarlıqla boğmaq üçün hərbi qüvvələrdən istifadə edib.

Hərbi rəhbərlik artıq qeyri-qanuni fəaliyyətlərdə və insan hüquqları pozuntuları ilə əlaqəlidirlər ki, hətta amnistiya vədi ilə də digər tərəfə keçməyə razı ola bilməzlər.

"Hesab edirəm ki, onların hakimiyyətdən və Maduronu dəstəkləməkdən imtina etdikləri halda hər hansı bir şəkildə cəzalanmaqdan xilas olacaqlarına inamları yoxdur", İnter-Amerika Dialoq mərkəzindən təhlilçi Maykl Şifter.

Maduro silahlı qüvvələrin ona sadiq qaldığını iddia edir, ancaq mövcud böhrana son qoymaq üçün müxalifətlə danışıqlar aparmağa hazır olduğunu söyləyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG