Accessibility links

Venesuela - Kolumbiya sərhədində [Video]


Venesuela - Kolumbiya sərhədində
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Qaçqılnlar haqda düşünərkən hamının ağlına ölkələrindəki vətəndaş müharibəsindən qaçan milyonlarla suriyalı gəlir. Lakin daha yaxşı həyat üçün kütləvi mühacirət yalnız Yaxın Şərqlə bitmir, bu böhran hazırda Amerikanın lap yaxın qonşuları, Venesuela və Kolumbiya sərhədində artmaqdadır.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ciddi ərzaq və tibbi ləvazimat çatışmazlığı, iqtisadi tənəzzül venesuelalıların ölkəni kütləvi şəkildə tərk etməsinə səbəb olub. “Biz Venesueladakı ağır vəziyyətə görə buradayıq” deyə, Hilda adlı miqrant bildirir.

Rəsmilərin dediyinə görə, buradan, sərhəd Beynəlxalq Simon Bolivar Körpüsündən hər gün Kolumbiyaya 25 min venesuelalı keçir.

Bəziləri üçün isə bu səyahət qeyri-müəyyənlik deməkdir. Venesuelalı miqrant Villiam: “Çox çətindir, amma biz gedirik.”

Ailəsini geridə qoyan Villiam Kolumbiyaya imkanlar axtarmaq üçün gedir. “Yaxşılığıa doğru hansısa dəyişiklik olacağına ümid edirəm.”

O, 20 ildir bir yerdə yaşadığı həyat yoldaşını geridə qoyur. “Biz bu vaxta qədər heç vaxt ayrı yaşamamışıq, bu, ilk dəfədir” deyə, Villiamın həyat yoldaşı Rosi bildirir.

Bura Kolumbiyanın Kukuta şəhərinin təcili yardım mərkəzidir. Venesuelalı miqrant Casmin Sibulo yenicə günyaya gələn körpəsinə Kolumbiyaya çatana qədər gözlədiyinə görə minnətdar olduğunu deyir. Casmin Sibulo: “Yazıqdır, çox yazıqdır. Lakin şükürlər olsun ki, Allah onu qorudu, buraya gələnə qədər doğuşa imkan vermədi.”

Kolumbiya rəsmiləri var gücü ilə yarım milyon yeni miqrantın problemləri üzərində işləyir. Venesuela prezidenti Nikolas Maduro ölkəsinin səhiyyə sistemini müdafiə etdiyi halda belə, bəziləri evsizlərə sığınacaq verilməsi və qayğı göstərilməsi üçün qaçqın düşərgələrinin tikintisini təklif edir. Nikolas Maduro: “Biz güclü bir səhiyyə sistemi qurmuşuq və biz Kolumbiya kimi ölkələrə ictimai səhiyyə sahəsində yardım etməyə hazırıq.”

Kolumbiya prezidenti istezanı tez başa düşdü. Huan Manuel Santos: “Prezident Maduro, uğursuz inqilabınızın nəticələrini kolumbiyalılarla bağlamayın.”

Venesuela seçiciləri may ayının 20-də keçiriləcək tələsik prezident seçkilərinə hazırlaşır. Lakin aparıcı müxalifət üzvləri seçkilərə buraxılmır. Bir çoxlarını ölkədə vəziyyətin daha da ağırlaşacağı qorxudur.

XS
SM
MD
LG