Accessibility links

Venesuela yararsız istiqrazlarını qızıla necə çevirir?


Venesuela yararsız istiqrazlarını qızıla necə çevirir?
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Venesuelanın son illərdəki ən uğurlu maliyyə əməliyyatları Uoll Stritdə deyil, ölkənin cənub bölgələrindəki primitiv qızıl mədən düşərgələrində həyata keçirilib.

Ölkə iqtisadiyyatı tənnəzüldə olduğu bir vaxt təxminən 300 min sərvət ovçusu müvəqqəti mədənlərdən qızıl çıxarmaq üçün mineralla zəngin bu cəngəllik əraziyə gəlib.

Biz iki ölkədəki şəffaflıq və qanunilik çərçivəsində qızıl satmağa davam edəcəyik. Heç kəs buna müdaxilə etməməlidir.
Nikolas Maduro

“Burada ifrat malyariya var. Mədəndə vəziyyət çox təhlükəlidir. İstəməsək də, təhlükəlidir. Dağıntılar var. Üstümüzə bəzi şeylər tökülür. Bir dəfə bir nəfər yıxılıb. Burada torpağın altında ilişib qalmaq da mümkündür. Risklər var, amma işləməyə davam etməliyik. Yoxsa, necə dolanaq?” - deyə, mədənçi Xose Rondon söyləyir.

Onlar bununla prezident Nikolas Maduronun solçu hökümətini dəstəkləyir. Veneselanın mərkəzi bankının ən son məlumatlarına əsasən, onun administrasiyası 2016-cı ildən bəri “sənətkar” adlandırdıqları mədənçilərdən 650 milyon dollar dəyərində 17 ton metal alıb.

Bu həvəskar mədənçilərin pulları ölkənin dəyərsiz əsginasları ilə ödənir. Onlar isə öz növbələrində höküməti ehtiyac duyulan ərzaq və gigiyena məhsualları idxal edə bilmək üçün qızılla təmin edir. ABŞ sanksiyaları ölkənin neft sənayesinə və kredit almaq imkanlarına ziyan vurub. Rəsmi mədənçilik sektoru milliləşdirmə nəticəsində məhv olub. Bu səbəbdən də Maduro qızılaxtaranlara ölkənin mineral sərvətini demək olar heç bir nizamnamə və ya dövlət sərmayesi olmadan çıxarmağa icazə verib.

İşçilər deyir ki, bu nəzarətsiz mədənlərdə tez-tez qəzalar, eləcə də güllələnmə halları və quldurluqlar baş verir.

Maduro hər zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kritik yardım alıb.

Nikolas Maduro
Nikolas Maduro

“Biz iki ölkədəki şəffaflıq və qanunilik çərçivəsində qızıl satmağa davam edəcəyik. Heç kəs buna müdaxilə etməməlidir”, Venesuela prezidenti Nikolas Maduro söyləyib.

Venesuela qızıllarının çoxunu Türkiyədəki qızıl emalı zavodlarına satır və onlardan əldə etdiyi pulla ölkədə lazım olan istehlakçı məhsullarını alır.

Türk makaronları və südü Maduronun subsidiyalı ərzaq proqramındakı ən əsas məhsullara çevrilib. Ötən il iki ölkə arasında ticarət səkkiz qat artıb.

Lakin Venesueladakı siyasi vəziyyət intensivləşir. Son günlərdə bir çox Qərb ölkəsi Venesuelanın müxalifət lideri Con Quaydonu ölkənin qanuni prezidenti kimi tanıyıb.

Bundan əlavə Maduronun əleyhdarları Venesuelanın dəyərli metalının xarici alıcılarını qeyri-qanuni adlandırdıqları rejimlə iş aparmamağa çağırıb.

XS
SM
MD
LG