Accessibility links

Venesuelada mitinqlər səngimək bilmir


Həkimlər və tibb işçiləri paytaxt Karakasın küçələrinə çıxaraq etiraz aksiyası keçiriblər.

Venesuelada nümayişçilər tibbi ləvazimatın azlığına etiraz edərək, insan hüquqları təşkilatlarının ölkəyə ərzaq və dərman gətirməsinə icazə verməsi tələbilə Karakasda yerləşən Səhiyyə Nazirliyinin binasına yürüş ediblər.

Lakin polislər mitinqin nəzərdə tutulduğu yerdə gözyaşardıcı qaz və təzyiqli sudan istifadə etməsi nəticəsində nümayişçilərlə polis arasında qarşıdurma yaranıb.

Etirazçılardan bəziləri höküməti silahlara milyonlar pul xərcləyib, amma xəstəxanalar üçün dərman almağa pul tapa bilməməkdə günahlandırıb.

Prezident Nikolas Maduro hökümətinə qarşı 6 həftə bundan əvvəl başlayan etirazlar bu günə qədər artıq 48 nəfərin həyatına son qoyub. Ölənlər arasında həm etirazçılar, həm də mühafizə orqanlarının nümayəndələri var.

Venesuelada 4 il əvvəl neft ixracatının səbəb olduğu böhranla bağlı hazırda ərzaq və dərman məhsulları qıtlığı yaşanmaqdadır.

Prezident Maduro isə hələ də təzyiqlərə müqavimət göstərir.

XS
SM
MD
LG