Accessibility links

Venesuelanın daha bir yüksək rütbəli zabiti Xuan Quaydonun tərəfinə keçib


Venesuela ordusunun daha bir yüksək rütbəli zabiti özünü müvəqqəti prezident elan etmiş müxalifət lideri Xuan Quaydonun tərəfinə keçib.

“Bizim, hərbçilərin 90 faizi narazıdır”, polkovnik Ruben Pas Ximenes videomüraciətində deyib.

O bildirib ki, ordudan Maduronu hakimiyyətdə saxlamaq üçün istifadə olunur. Eyni zamanda hərbi həkim olan polkovnik ordunu Maduroya tabe olmamağa və ABŞ və Kolumbiyadan ölkəyə göndərilən humanitar yardıma yol açmağa çağırıb.

Hazırda həmin hümanitar maşın karvanı sərhəddən buraxılmır.

Nikolas Maduro Kolumbiya sərhədində ABŞ-ın 50 tondan çox humanitar yardımın ölkəyə daxil olmasının qarşısını alıb. O, ölkədə heç bir humanitar bphranın olmadığını deyir.

Birləşmiş Millətlər Təşkilatı Venesueladakı humanitar ehtiyacların kritik olduğunu bildirir. Təşkilat altıdan çox BMT agentliyinin əhalinin təcili sağlamlıq, ərzaq və müdafiə ehtiyaclarının qarşılaması üçün noyabr ayından bəri fəaliyyətini artırıb.

Bundan əvvəl Venesuela hərbi-hava qüvvələrinin generalı Francisko Yanes də müxalifət lideri Quaydonu ölkə başçısı kimi tanıyıb.

Müxalifət lideri və parlamentin sədri Quaydo ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Latın Amerikası və Avropa Ittifaqı ölkəsi onun legitimliyini qəbul edib.

Rusiya Venesuela böhranında Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə müdaxilədə günahlandırır.

Bir çox müşahidəçi ABŞ-ın iqtisadi təzyiqinin və mümkün hərbi müdaxiləsinin nəticələrini götür-qoy etdiyi bir vaxt, bu davam edən böhranın əziyyətini adi xalq çəkir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG