Minlərlə amerikalıların fərdi federal vergi məlumatlarının sızması ABŞ-da sərvət bərabərsizliyi mövzusunda mübahisələrə səbəb olub və vergi islahatlarını müdafiə edənlərin zənginlərin vergilərdən yayınmaları barədə daha dərindən bir ictimai anlayışın ABŞ-ın vergi kodu ilə yenidən qurulmasına gətirib çıxaracağına ümid edir.
Qeyri-kommersiya jurnalistika təşkilatı ProPublica-ya sızdırılan məlumatlar 15 ildən çoxdur ölkədəki minlərlə ən varlı şəxsin vergi sənədləri barədə ətraflı məlumatı əhatə edir.
Bu həftə ProPublica məlumatlardan ictimaiyyətə Birləşmiş Ştatların ən zəngin insanlarının qeyri-adi imtiyaz və lüks həyat sürə bilmə dərəcəsi ilə bərabər aşağı gəlir vergisi ödədikləri və ya heç bir vergi ödəmədiklərinə dair ilk ətraflı təsəvvür yaratmaq üçün istifadə edib.
Aşkarlanan məlumatlar arasında Forbes jurnalının dünyanın ən zəngin adamı elan etdiyi Amazonun təsisiçisi Ceff Bezosun 2007 və 2011-ci illərdə federal gəlir vergisi ödəmədiyi də yer alır.
Digər milyarderlər - Vorren Baffett, Mark Zukerberq, Corc Soros, Maykl Blumberq, Karl İkahn və başqaları sərvətlərinin milyardlarla dollar artdığı illərdə belə federal hökumətə çox az miqdarda vergi ödəyib və ya ümumiyyətlə ödəməyib.
Vergi məcəlləsində “gəlir” və “sərvət” arasındakı fərqi qeyd etmək vacibdir. Bir şəxs vergi bəyannaməsi təqdim etdikdə hökumətin ölçdüyü gəlir - əmək haqqı, faiz və iş fəaliyyətinin gəlirləridir. Sərvət isə əksinə, yalnız əmək və ya faiz gəlirlərindən əldə edilən pulları deyil, dəyəri əhəmiyyətli dərəcədə artan, lakin satılana qədər gəlir gətirməyən kapital fondlarını - səhmləri, istiqrazları, daşınmaz əmlakı əhatə edir.
Məlumatda deyildiyinə görə, ABŞ-ın ən varlı 25 nəfərinin 2014-cü ildən 2018-ci ilədək sərvətləri ümumilikdə 401 milyard dollar artıb. Ancaq bu müddət ərzində yalnız 13,6 milyard dollar vergi ödənilib ki, bu da artımın təxminən 3,4%-ni təşkil edir.
ABŞ-da hər bir ailə hər il illik gəlirin təxminən 14% -ni vergi ödəyir. ProPublica-nın araşdırmalarına görə, eyni beş il ərzində orta sinif ailəsinin sərvəti əsasən ev qiymətlərinin yüksəlməsi səbəbindən təxminən 65 000 dollar arıb. Lakin bu sərvət artımı ilə ailələr bu illər ərzində 62 000 dollar vergi ödəməli olub.
ProPublica tərəfindən ortaya çıxarılan məlumatlar şok yaradıb. Belə ki, fərdi şəxslərin vergi məlumatları Maliyyə Nazirliyi tərəfindən gizli saxlanılır və faktiki olaraq heç vaxt ictimaiyyətə açıqlanmır.
Bununla birlikdə, çox zənginlərin vergi ödəməkdən nə dərəcədə yayına bildikləri və bunun üçün istifadə etdikləri üsullar vergi kodunu öyrənənlər üçün təəccüblü deyil.
Yale Hüquq Fakültəsinin professoru Zakari D. Liskovun dediyinə görə, vergi alimləri bunun belə olduğunu düşünürdülər. Böyük sərvətə malik olanlar borc aldıqlarını deyir.
“Onsuz da bunu bilirdik. Səhmlərini satdıqları zaman açıq məlumat verilir və onlar bu qədər satmırlar. Yenə də bu təmtəraqlı həyat tərzlərini yaşayırlar, bunun üçün borc götürdüklərini göstərirlər” - deyə, o əlavə edib.
Kaliforniya-Berkeley Universitetinin iqtisadçıları Emmanuel Saez və Qabriel Zukmanın dediyinə görə, ən varlı amerikalılar reallaşdırılmamış 2,7 trilyon dollar kapital qazancının üzərində oturur.
Bir növ gəlir vergisinə cəlb edilə bilən 2.7 trilyon dollarlıq reallaşdırılmamış kapital qazancı varsa, Bayden administrasiyasının dəstəklədiyi 39,6% marjinal dərəcədə bu, federal hökumət üçün 1 trilyon dollardan çox gəlir deməkdir.
Vergi tərəfdarlarının ən çox ümid bəslədikləri şey ProPublica açıqlamalarının ultra-varlıların varislərinin istifadə etdikləri gücləndirilmiş bazanın ləğvi üçün təkan verməsi olacaq.
Bayden administrasiyasının büdcə tələbində də bu, təklif edilib.