Accessibility links

Zorakı oyunların real həyata təsiri [Video]


Zorakı video oyunlar
please wait
Embed

No media source currently available

0:00 0:03:49 0:00
Ekspertlərin təxminlərinə görə, dünyada hər il video oyunlarına 70 milyard dollar pul sərf edilir. Oyunlar dünya marketlərində əsas yeri tutmaqda davam edir. Hazırda zorakı oyunların real həyata təsiri məsələsi diqqət mərkəzinə çəkilib.

Amerikada bu yaxınlarda 20 yaşlı gəncin məktəb şagirdlərini güllə-baran etməsi qanunvericiləri video oyunlarının yoxlanışına vadar edib.
Lakin Virciniya Tek Universitetinin kommunikasiya professoru Ceyms Ayvory video oyunlarının həyatda baş verənlərə təsiri olmadığını deyir. "Əsl cinayətlərlə zorakı media arasında əlaqə yoxdur."

Qrafik oyunlar indi çox məşhurdur. 2011-ci ildə ən çox satılan 20 video oyunlarının əksəriyyəti təcavüz, söyüş və seksual kontekstli oyunlar olub. Vəkil Rene Sandler hər bir qətl üçün xal toplayan video oyunçuları təmsil etdiyini deyir."Zorakı oyunlar bu ölkədə böyük bir probllemdir. Bu videolar əl atılan hər bir cinayətin kökündə dayanır. "

Oyunlar filmlər və medianın digər növlərindən fərqlidir. Belə ki, burada oyunçular fəal iştirakçılara çevrilir. Ayvoru isə deyir ki, oyunda iştirakçı olmağın əks təsirləri yoxdur. "İnsanlarda belə bir təsəvvür var ki, əgər siz oyunda iştirak edirsinizsə, zorakılıqlarda əliniz var. Konseptual baxımdan bu məna verir. Lakin emperikal mənada videoların televiziyadan artıq təsirə malik olduğuna dair dəlil yoxdur."

Oyuncu oyunu reallılq çatdıra bilməz. Bu, məktəb şagirdinin fikridir. "Demirəm ki, bu düzdür, lakin oyunda insanlar həqiqi deyil. Bu real həyatda kimisə öldürmək cəhdi deyil."

Milli Silah Assosiasiyasının rəhbəri Veyn Lapyer bununla razılaşmır. "Bu ölkədə korrupsion sənaye zorakılıqları nümayiş etdirən videolar yayır, təcavüzkar oyunlarla öz xalqına qarşı gedir."

“Grand Theft Auto' Lapyerin misal gətirdiyi oyunlardan biridir.

Ceyms Ayvornin dediyinə görə, virtual zorakılıqlar diqqətləri odlu silahlara nəzarət və əqli problemlərdən yayındıra bilər. "Zorakı videoları həyatdakı zorakılıqlarla qarışdırsaq, onda baş verənlər deyil, baş verməyənlərə diqqət yetirmiş olarıq."

Son zamanlar video oyunlara diqqət yönəldilməsinə bamayaraq, ibtidai məktəbdə zorakılığa əl atan şəxsin video oyunlarda iştirak edib-etmədiyi haqda bir söz deyilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG