Accessibility links

Virciniya məhəlləsinin nifrət kampaniyası ilə mübarizəsi


Vaşinqtonun yaxınlığında yerləşən Aleksandriya şəhərinin Del Rey məhəlləsi kiçik olmasına baxmayaraq, çox canlı bir yerdir. Buradakı sülhsevər və xoş atmosferdən zövq alan insanlar bir səhər məhəllənin müxtəlif yerlərində qaraları, müsəlmanları və digər qrupları hədəfə alan nifrət posterləri görəndə şok yaşadılar.

“Bu nifrət və mənfi münasibət Del Reyə uyğun olmayan bir şeydir. Mən nişanlım ilə bərabər burada yaşayıram və heç zaman belə şeyin şahidi olmamışdım.”

Yerli bizneslər isə nifrət kampaniyasına öz mesajları ilə cavab verirlər.

“Mənə görə, bu cavab posterlərini burada yerləşdirməklə bu ölkə tərəfindən qəbul edildiyimi nümayiş etdirirəm. Mən artıq bu icmanın bir üzvüyəm və bu icmanın irqçiliyə qarşı mübarizəsinin bir hissəsi olmaq istəyirəm.”

“Nifrət bura xas bir şey deyil. Burada hamı bir birini tanıyır. Biz hamımız dostlar və həmkarlarıq. Birimizə edilən hücum, hamımıza edilən hücumdur.”

Del Rey mehriban və tolerant məhəllədir və burada nifrət və dözümsüzlük mesajları qəbuledilməzdir.

“İfadə azadlığı ABŞ konstitusiyası tərəfindən qorunur. Amma buna baxmayaraq, bu cür mesajların təbiəti onların müsbət qarşılanmamasına səbəbdir.”

Yerli aptekin pəncələrərindən asılmış mesajlar buranın qapısının hər kəs üçün açıq olduğunu bildirir. Aptekin sahibi Steysi Şvartz deyir ki, onların işçi heyətində müxtəlif sosial qruplara aid insanlar var.

“Bizim hispanik, müsəlman, fars əməkdaşlarımız var. Biz hər kəs ilə çalışırıq. Amma bu mesaj yalnız əməkdaşlarımız üçün deyil, bu həm də bizim müştərilərimiz üçün vacibdir.”

“Nifrətdən imtina” adlı mesaj bu dükanın çöl hissəsində yerləşdirilib. Bu dükanın sahibi Pol Heyr inanır ki, keçən noyabr seçkilərindən sonra bu məsələ nəzarətdən çıxıb.

“Bu nifrət kampaniyasının kimin başlatması və ya kimi tərəfindən söylənilməsi heç bir əhəmiyyət kəsb etmir. Bu durdurulmalıdır.”

Del Rey icması üçün “nifrətdən iftina” həyat şüarlarıdır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG