Accessibility links

Virciniya seçiciləri ştatın ilk transgender qanunvericisini seçdilər


Virciniya Nümayəndələr Palatasının yeni seçilmiş üzvü Danika Roem

Virciniya ştatının seçiciləri ABŞ-ın ilk transgender qanunvericisini seçdilər.

Danika Roem adlı demokratın 25 il ştat qanunvericisi olan Robert Marşal üzərində qələbəsinin əks sədası ştatın hüdudlarından kənara çıxır. Bəziləri hesab edirlər ki, bu prezident Trampın transgenderlərin hərbi xidmət qadağası tətbiq etməklə onların hüququların pozulmasına bir cavabdır.

Virciniyanın yeni seçilmiş ştat qanunvericisi, demokrat Danika Roem:

“Bəli, mən transgender qadınam və biz ona görə qalib gəldik ki, mən transgenderəm, mən müxbirəm, mən Manassas şəhərinin uzunmüddətli sakiniyəm. Mən xüsusiyyətlərimdən heç zaman qaçmamışam. Mən onları qəbul etmişəm və onlarla irəli getmişəm.”

Çərşənbə axşamı qələbəsini qeyd etməyə getməkdən öncə Roem öz xüsusiyyətlərinə görə əziyyət çəkən gənclərə ruhlandırıcı sözlər ünvanladı və dedi ki, “sadəcə özünüz olun və ola biləcəyiniz ən yaxşı şəxs olun.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG