Accessibility links

Putin Trampa dair “kompromat”a malik olduğunu rədd edib


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla bağlı hər hansı "gizli məlumata" malik olduğunu inkar edib və Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etdiyinə dair iddiaları “gülünc” adlandırıb.

Putin Fox News tele-kanalının müxbiri Kris Uollasla müsahibə zamanı “Birləşmiş Ştatların daxili işlərinə müdaxilə” ilə bağlı sualı cavablandırarkən deyib: “Siz həqiqətən də inanırsınız ki, Rusiya ərazisində fəaliyyət göstərən kimsə Birləşmiş Ştatlara və milyonlarla amerikalının seçiminə təsir göstərə bilər?”

Bazar günü axşam yayımlanan müsahibə Rusiya liderinin Helsinkidə Trampla görüşündən bir qədər sonra keçirilib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Finlandiyada, Helsinkidə prezident sarayında zirvə görüşü zamanı, 16 iyul, 2018.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Finlandiyada, Helsinkidə prezident sarayında zirvə görüşü zamanı, 16 iyul, 2018.

Putin həmçinin Uollasın xüsusi prokuror Robert Müllerin 12 Rusiya rəsmisinə qarşı irəli sürdüyü rəsmi ittihamlarla bağlı sualına cavab verməkdən imtina edib.

Mən prezident Trampı təhqir etmək istəmirəm, bu söylədiklərim də bir az kobud səslənə bilər, amma o, prezidentliyə namizədləyini irəli sürmədən öncə bizi maraqlandırmırdı.

Vallas Putinə Rusiyanın hərbi kəşfiyyat agentliyinin 12 rəsmisinin adının qeyd edildiyi ittihamnamənin nüsxəsini təqdim etməyə çalışıb. GRU rəsmiləri Demokrat Partiyasınının Konqres Seçki Komitəsi və Milli Komitəsinin serverleri, eləcə də demokrat namizəd, keçmiş dövlət katibi Hillari Klintonun 2016-cı il seçki kampaniyasının elektron poçtuna haker hücumu təşkil etmək üəzrində işləməkdə ittiham olunurlar.

Putin nə ittihamnamə barədə şərh verib, nə də Uollasın ona təqdim etdiyi nüsxəni qəbul edib.

Bundan sonra isə Putin Müllerin təhqiqatını sual edərək, Federal Təhqiqat Bürosunun keçmiş direktorunun Rusiya hökumətindən istintaqla bağlı kömək üçün nəyə görə müraciət etmədiyini soruşub. O, iki ölkə arasında cinayət işlərinin araşdırılmasında yardımla bağlı müqavilənin mövcud olduğunu qeyd edib.

Siz həqiqətən də inanırsınız ki, Rusiya ərazisində fəaliyyət göstərən kimsə Birləşmiş Ştatlara və milyonlarla amerikalının seçiminə təsir göstərə bilər?

“Nə üçün xüsusi prokuror Müller bizə bu müqavilə çərçivəsində rəsmi müraciət göndərməsin? Bizim müstəntiqlərimiz bu müqavilə çərçivəsində hərəkət edərdi. Onlar Amerika tərəfdaşlarının nədə isə şübhəli bildiyi hər bir şəxsi sorğu-sual edərdi. Nə üçün heç bir müraciət edilməyib?”, Putin soruşub.

Putin həmçinin Trampa dair “kompromat”a malik olduğunu rədd edib.

“Mən prezident Trampı təhqir etmək istəmirəm, bu söylədiklərim də bir az kobud səslənə bilər, amma o, prezidentliyə namizədləyini irəli sürmədən öncə bizi maraqlandırmırdı”, Putin bildirib.

Sammitə gəldikdə is Rusiya lideri zirvə görüşünü Qərbin Rusiyanı təcrid etməyə dair əvvəlki cəhdlərindən sonra “yolun başlanğıcı” adlandırıb.

“Fikrimcə, siz özünüz də görürsünüz ki, bu cəhdlər baş tutmayıb və onlar heç vaxt uğurla nəticələnə bilməzdi”, Putin bildirib.

XS
SM
MD
LG