Avropa Kommissiyası Prezidenti Ursula von der Leyen xəbərdarlıq edib ki, Avropa Rusiyanın qaz təchizatı məsələsində “ən pisinə” hazır olmalıdır.
“Rusiya 12 [Aİ] ölkəsinə qaz təchizatını tamamilə və ya qismən kəsdiyi üçün, biz hamımız ən pis vəziyyətə hazırlaşmalıyıq,” von der Leyen ispan dilli El Mundo qəzetinə deyib.
Rusiya ödənişləri rubbla etməkdən imtina etdiklərinə görə bir neçə Aİ ölkəsinə qaz təchizatını dayandırıb. Avropa ölkələri ödənişlərin rublla olunmasına dair tələbin Kremlin Qərbin Ukraynaya hərbi müdaxiləsi səbəbilə Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq cəhdləri ilə əlaqəsinin olduğunu deyir.
Rusiya həmçinin təmir səbəbilə Almaniyaya da Şimal Axını 1 boru kəməri vasitəsilə qaz təchizatını azaldıb. Almaniya isə bu addımın Rusiyanın Qərbin sanksiyalarına qisas olaraq atdığını bildirib.
Rusiyanın qaz təchizatının azlatması ilə bağlı narahatlıqlar səbəbilə ittifaq ötən həftə qaz istehlakını azaltmaq və qış tədarükü ehtiyaclarını ödəmək üçün fövqəladə plan üzərinə razılıq əldə edib.
Von der Leyen bunu Rusiya Prezidenti Vladimir Putinin qaz təchizatının tamamilə kəsmək təhdidinə cavab olaraq sadəcə bir həftədə atılan “qətiyyətli misli görünməmiş bir addım” adlandırıb.
İspaniya əvvəlcə fövqəladə plana qarşı çıxsa da, təlhküəsizlik güzəştlərindən sonra onu təsdiq edib.
El Mundonun suallarını e-mail üzərindən cavalandıran Von der Leyen İspaniya hökumətinin qərarını alqışlayıb və deyib ki, “Bir daha qeyd edim ki, burada məsələ Avropanın həmrəyliyindədir.”