Accessibility links

Vyetnam Şimali Koreyaya model ola bilərmi?


Vyetnam Şimali Koreyaya model ola bilərmi?
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Vyetnam Şimali Koreyaya model ola bilərmi?

Tramp-Kim ikinci zirvə toplantısına ev sahibliyi edən Vyetnam əvvəllər şimal və cənuba bölünsə də, indi vahid dövlətdir. Bir zamanlar ABŞ-la müharibədə olan Vyetnam indi dostdur. Vyetnam həmçinin iqtisadi islahatlar keçirmiş sosialist ölkəsidir. Bütün bunlar Vyetnamı Şimali Koreyaya siyasi və iqtisadi model edir. Lakin Şimali Koreya lideri Kim Conq Unun bunu belə gördüyü bəlli deyil.

Vyetnam Sosialist respublikasına xoş gəlmisiniz. Birpartiyalı kommunist dövləti bu günlərdə daha çox kapitalist görünür.

Qərbin fəstfud restoranlarından bahalı avtomobillərə qədər, bu kommunist idarəçiliyi olan ölkədə demək olar ki, hər yerdə kapitalizm əlamətləri var.

—bu isə ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Cong Un arasında baş tutacaq ikinci görüş üçün maraqlı bir zəmin yaradır.

Bu, ABŞ-ın 1960-70-ci illərdə müharibə etdiyi Vyetnam deyil.

Komunist idarəçiliyin əlamətləri olsa da..

...onlar yeni bir milli şəxsiyyət meydana gətirən gənc nəsillər tərəfindən boğulmaqdadır.
Vyetnam 1980-ci illərdən bəri öz iqtisadiyyatını yaratdı və İndi onun iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edənlərdən biridir.

"Prezident Donald Trampın perspektivindən Vyetnam qismən kapitalist olmuş kommunist ölkədir. Və o, Kim Conq Un-un bunu etmənin faydalarını görməyini istəyir", ABŞ-ın Vyetnamdakı sabiq səfiri Deyvid Şer deyib.

Ancaq Kimin razı olub-olmayacağı aydın deyil. Bu cür islahatların aparılmadığı üçün Kim ailəsi artıq üç nəsildir ki, hakimiyyətdədir.

Digər problem? Beynəlxalq sanksiyalar.

"ABŞ və BMT-nin Təhlükəsizlik Şurasına sanksiyaların ləğvi üçün kifayət qədər nüvəsizləşdirilməsinə qədər qoyulan sanksiyalar Şimali Koreyanın əldə edə biləcəyi istənilən nailiyyətlərin ləngiməsinə səbəb olacaq", ABŞ-ın Vyetnamdakı sabiq səfiri Deyvid Şer deyib.

Yenə də, Kimlə görüşündə, Tramp, Vyetnamı nümunə göstərə bilər ...

... bu, Ağ Evdə Facebook səhifəsində paylaşılan Sinqapurla görüşün, reklam videosunda olduğu kimi.

Lakin Tramp və Kimin Vyetnamdakı görüşü öncəsi böyük sual qalır: Kim həqiqətənmi bunu istəyir?

XS
SM
MD
LG